Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbərin iştirakı ilə İmam Səccadın (ə) şəhadət axşamı mərasimi keçirildi

İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Seyyidüs-sacidin Həzrət İmam Əli ibn Hüseynin (ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali dindarlığın qorunması və doğru yoldan sapmamanın Allaha bəndəlikdən asılı olduğunu dedi: “Ən yaxşı fərdi dua xeyirli aqibət istəməkdir. Bu uğura nail olmaq üçün insan hər məqamda öz dini vəzifəsini düzgün təyin etməli, ilahi əmrlərə qeyd-şərtsiz təslim olaraq, nəfsani istəklərə tabe olmadan əməl etməlidir”.

Cənab Ali Kərbəla hadisəsindən sonra, Əməvilər sülaləsinin hakimiyyəti dövründə cəmiyyətdə yaranmış tənəzzül və boğucu şəraitə işarə edərək dedi: “Belə bir ağır şəraitdə Həzrət İmam Səccad (ə) məzmunlu dualar vasitəsilə cəmiyyətin əxlaqını yenidən düzəltməyi, kadr, yardımçı və şagirdlər yetişdirməyi, Kərbəla və Həzrət Əbaəbdillahın hərəkatının mesajlarının yaşadılmasını öz fəaliyyət proqramına daxil etdi”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /