Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Rzanın (ə) şəhadət gününə həsr edilmiş mərasim keçirildi

İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün (cümə axşamı) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əli ibn Musa ər-Rzanın (ə) şəhadət gününə həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət İmam Rzanın (ə) öz davamçıları ilə bağlı gözləntilərini ehtiva edən kəlamlara istinad edərək dedi: “İmam Rzanın (ə) Əhli-beyt məktəbinin davamçılarından gözləntiləri işlərdə ağıl və düşüncəyə əsaslanmaq, mötədillik, yəni vilayət xəttində hərəkət, ifrat və təfritdən çəkinmək, fərdi və sosial həyatda Quran və sünnənin əsas götürülməsi, şəriət qaydalarına bağlı olmaq və Allahın vacib buyurduqlarını yerinə yetirmək olmuşdur”.

Mərasimdə cənab Mehdi Rəsuli mərsiyə və zikri-müsibət oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /