Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci matəm gecəsi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş birinci matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi Allah yolunda ölmək və şəhid olmaq şövqünün ilahi övliyalara xas olan xüsusiyyətlərdən olduğunu dedi: “Şəhidlik ixlaslı bəndələr üçün məqsədə nail olmaq və Allaha qovuşmaqdır. İnqilabın ən böyük qələbəsi Əmirül-möminin (ə) və Siddiqeyi-Kubra (s.ə) məktəbində şəhid Süleymani kimi şəhidlik arzusunda olan misilsiz şagirdlər yetişdirib tərbiyə etməkdir”.

Mərasimdə cənab Cəfər Fərdi Allah kəlamından ayələr və Səid Həddadiyan isə mərsiyə və rövzə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /