Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ikinci matəm gecəsi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş ikinci matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii vurğuladı ki, İslam Qərbdən fərqli olaraq qadına əmtəə kimi baxmır: “İslam dini qadının təlim, tərbiyə, mədəniyyət və səhiyyə kimi faydalı və qurucu sahələrdəki ictimai iştirakını təsdiq edir. Tarixi faktlar da müsəlman qadınların, o cümlədən Həzrət Fatimeyi-Zəhranın (s.ə) bəzi sahələrdəki fəaliyyətlərini göstərir. Sadəcə, qadının sosial fəaliyyəti elə bir şəkildə olmalıdır ki, şəriətin hüdudlarına riayət etməklə yanaşı, ailə institutuna da ziyan dəyməsin”.

Mərasimdə cənab Meysəm Mütii zikri-müsibət və növhə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /