Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

“Həzrət Zəhranın (s.ə) şəhadət axşamı” matəm mərasimi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali vurğuladı ki, haqq cəbhəsinə ürəkdən bağlı olub ilahi iradənin gerçəkləşməsinə çalışan adamlar tarix boyu peyğəmbər və övliyaların etdikləri ibadətlərin savabına şərikdirlər: “Əziz Peyğəmbər (s) sözdə və əməli şəkildə Həzrət Zəhranı (s.ə) haqqın meyarı olaraq tanıtdırmışdır. Əziz Peyğəmbərin (s) vəfatından sonra Həzrət Zəhranın (s.ə) da vəzifəsi ilahi vilayətin əsas nümayəndəsini və təcəssümünü, yəni Əmirül-möminini (ə) qorumaq olmuşdur”.

Habelə mərasimdə çıxış edən Mehdi Səmavati “Təvəssül duası” və zikri-müsibət oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /