Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Meşələrin və bitki örtüyünün məhv edilməsi milli maraqları məhv etməkdir

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər “Təbii sərvətlər həftəsi və ağac əkimi günü” münasibəti ilə iki meyvə ağacı əkdi.

Həzrət Ayətullah Xamenei İran xalqını Həzrət Əba Əbdillah Hüseynin (ə) mübarək mövludu münasibətilə təbrik edərək o şərafətli varlğın İran xalqının, şiə və qeyri-şiə olmasından asılı olmayaraq bütün müsəlman xalqların eşqinin mərkəzi olduğunu dedi.

Ardınca ağac əkilməsinin tamamilə dini və inqilabi bir hərəkət olduğunu bildirdi: “Təbii ki, ağacların qorunması və mühafizəsi də riayət edilməsi vacib olan çox mühüm bir işdir”.

İnqilabın Rəhbəri bitki örtüyünün insann ruhuna asayiş bəxş etdiyini, cismini qoruduğunu, Allahın bütün bəşəriyyətə bəxş etdiyi hərtərəfli ruzi mənbəyi olduğunu dedi: “Bu səbəbdən də meşələrin, ekologiya və bitki örtüyünün məhv edilməsi milli maraqların məhvi deməkdir. Zəruri hallar istisna olmaqla inşaat və tikinti işləri aparmaq üçün meşələrin bir hissəsinin məhv edilməsi heç şübhəsiz ki, xalqın zərərinədir”.

Həzrət Ayətullah Xamenei ətraf mühitə qeyri-əsas və dekorativ baxış bucağından baxılmasını qeyri-məqbul sayaraq bu sahənin ölkənin ən əsas məsələlərindən olduğunu dedi: “Ekologiyanın qorunması istiqamətində aparılması lazım olan ciddi işlərdən biri xalqların iki böyük və həyati sərvəti olan su və toprağın qorumaq, onları israf etməkdən çəkinməkdir. Bu sahədə məsul şəxslər mütəxəssislərin tövsiyələrinə diqqət yetirməlidirlər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, heyvanat aləminin qorunmasına laqeyid yanaşılması milli maraqların zərərinədir: “İslamda ov yalnız qidaya ehtiyac yarandıqda icazəlidir. Başqa hallarda icazəli deyil və qanun pozuntusudur, hətta ov məqsədilə edilən səfər də haram səfər sayılır. Buna görə də qeyri-qanuni ovun qarşısının alınmasında ciddiyyət göstərilməli, faunanın qorunmasına əhəmiyyət verilməlidir”.

Ayətullah Xamenei çıxışının davamında qeyd etdi ki, Ekologiya İdarəsi və Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı ərazilərinin əvəzlənməsinin qarşısını almaq vəzifəsi daşıyırlar: “Bu, milli maraqların zərərinədir. Kənd təsərrüfatı əraziləri inkişaf etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei habelə vurğuladı ki, təmiz enerjilərin inkişaf etdirilməsi zəruridir: “Bu gün dünyada artmaqda olan, region ölkələrinin də üz tutduqları nüvə enerjisi kimi qeyri-fosil enerjilərin, habelə külək və günəş enerjilərinin inkişaf etdirilməsinə ciddiyyət göstərilməlidir”.

O, çıxışının sonunda hər kəsi ağac əkməyə və ağacları qorumağa çağırdı: “Bütün mühüm işlərin həyata keçirilməsinin milli dəstəyə ehtiyacı var. Ağac əkimi də bütün insanların ağac əkməklə və ağacları qorumaqla, şəhərlərin ətrafında olan bağların və ağacların məhv edilməsinin qarşısını almaqla ölkədə bitki örtüyünün inkişafına kömək edə bilərlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /