Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hökumətin önündə mühüm iqtisadi işlər durur; hamı kömək etməlidir

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər bir qrup işçi və fəhlə ilə görüşü zamanı onların istehsal çadırının əsas sütunu olduğunu dedi. Sonra işçi və fəhlələlərə aid olan üç əsas məsələyə - məşğulluq imkanlarının artırılması zərurəti, iş və sərmayənin əlaqəsinin ədalətli şəkildə tənzimləndirilməsi və iş təhlükəsizliyinin təmin edilməsi məsələlərinə - işarə edərək vurğuladı: “Sistemsiz idxalat milli istehsalın və fəhlələrin məşğulluğu sahəsinin ürəyinə sancılan xəncərdir. Buna görə də sözügedən idxalatın qarşısı ciddi şəkildə alınmalı, ölkə daxilində keyifyyətli məhsullar istehsal edilməsi ilə yanaşı, xalq və dövlət qurumları daxili istehsal məhsullarını almağı özlərinə vəzifə bilməlidirlər”.

Həzrət Ayətullah Xamenei habelə iqtisadi məsələlərlə bağlı mühüm dövlət proqramlarının olduğuna işarə edərək dedi: “Bütün qüvvələr, qurumlar və xalq hökumətə kömək etməlidir”.

İnqilabın Rəhbəri fəhlə və işçilərlə görüşməkdə məqsədinin onlara təşəkkür etmək, dəyərli olduqlarını söyləmək, işin özünün dəyərini vurğulamaq olduğunu dedi və İslamın işçiyə və işə olan baxışına aydınlıq gətirdi: “Kapitalist sistemin istismarçı və dağılmış kommunizm sisteminin pafoslu baxışından fərqli olaraq İslamın işçiyə və fəhləyə baxışı dəyər və təşəkkür prinsipinə əsaslanır. Bu əsasla da İslam peyğəmbəri (s) fəhlənin əlini öpür”.

O, cəmiyyətdə işin dəyəri ilə bağlı təbliğat aparılması və bu sahədə mədiniləşdirmə işinin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq aidiyyəti şəxslərə işçilərin iş bacarıqlarının artırılması məsələsinə əhəmiyyət vermələrini tövsiyə etdi.

İnqilabın Rəhbəri işçi və fəhlələrin hərbi, istisadi və siyasi sahələrə olan milli və parlaq motivasiyalarına işarə edərək vurğuladı: “Hərbi sahənin ən bariz nümunəsi kimi Müqəddəs Müdafiə dövründə 14 min fəhlənin şəhadətdə yetdiyini qeyd edə bilərik. Əgər bir daha hərbi problem yaransa, fəhlələr ön sıralarda yer alanlardan oilacaqlar”.

O, fəhlələrin iqtisadi sahəyə olan milli maraqları ilə bağlı bunları dedi: “İslam İnqilabının qələbə çaldığı gündən bu yana imperializmin əsas siyasətlərindən biri ölkə istehsalını müflisləşdirməkdir. Sanksiyaların gücləndiyi son illərdə bu məqsəd özünü tam açıq şəkildə göstərdi. Amma fəhlələr öz müqavimətləri ilə sözügedən məqsədin gerçəkləşməsinə mane oldular. Bu sahədə fəhlə istehsal çadırının əsas sütunudur”.

Həzrət Ayətullah Xamenei İnqilabın qələbəsinin ilk vaxtlarından mövcud olmuş fəhlə təxribatlarına işarə edərək dedi: “Bu təxribatların məqsədi fəhlə cəmiyyətini xalqın etirazlarının tablosuna çevirmək olmuşdur. Lakin fəhlələr siyasi arenada da təxribatçıların burnunu yerə sürtdülər. Bu sinif daim dövlətin və İnqilabın yanında olmuş və indi də belədir”.

O əlavə etdi: “Zavod və fabriklərin yanlış təyinatları kimi hallarda fəhlələrin etirazı haqlı olmuşdur. Amma bu məqamlarda da fəhlələr özləri ilə düşmənlər arasındakı sərhədləri müəyyən etmişlər. Bu, çox mühüm bir məsələdir. Bu ayıq, bəsirətli və sədaqətli cəmiyyətə dərindən təşəkkür etmək lazımdır”.

İnqilabın Rəhbəri fəhlə və işçi sinfinin problemlərinə işarə edərək yeni hökumətin siyasətləri ilə bu problemlərin tədricən ortadan qalxacağına ümidvar olduğunu dedi.

Həzrət Ayətullah Xamenei fəhlə və işçilərin məşğulluq imkanlarının artırılması, iş və sərmayənin əlaqəsinin ədalətli şəkildə tənzimləndirilməsi və iş təhlükəsizliyinin təmin edilməsi məsələlərinin iş və fəaliyyət sahəsinin üç əsas mövzusu olduğunu dedi: “Məsul şəxslər məşğulluq imkanlarının artırılmasına çalışmalıdırlar. Bu məsələ özəl sektorun investisiya yatırımları, dövlətin düzgün idarəetmə sistemi ilə investisiyaların məşğulluq potensialları və imkanlarının dirildilməsi istiqamətinə yönləndirilməsi ilə mümkündür”.

O vurğuladı: “Məşğulluq imkanlarını dirildən və məzunların işsizlik problemini həll edən amillərdən biri elm əsaslı şirkətlərin artırılmasıdır. Təbii ki, bu şirkətlər sözün əsl mənasında elm əsaslı olmalıdır. Belə olan surətdə məşğulluğu artırmaq olar”.

Həzrət Ayətullah Xamenei işçi və sahibkarın iki qanad və iki qəti ehtiyac olduğunu dedi: “İşlə sərmayə və ya işçi ilə saihbkar arasındakı əlaqənin ədalətli şəkildə tənzimlənidirilməsi fikir, tədbir, səy və dözüm, habelə düşünülməmiş işlərə gedilməməsini tələb edir”.

İnqilabın Rəhbərinin toxunduğu digər məsələ fəhlə və işçilərin iş təhlükəsizliyi ilə bağlı oldu: “İşlə bağlı güvənsizlik yaranmasına səbəb olan - müvəqqəti iş müqavilələrinin bağlanması kimi - hallar elə düzgün şəkildə tənzimlənməlidir ki, ədalətli qanun çərçivəsində həm işçilər arxayın olmalıdırlar, həm də sahibkarlar iş mühitində qayda-qanun yarada bilməlidirlər”.

O, iş təhlükəsziliyinin olmamasının təkcə iş müqavilələri ilə məhdudlaşmadığını dedi: “Milli istehsalın zərbə alması ilə işçinin də işinə və məşğulluğuna zərbə dəyir. Milli istehsalın gücləndirilməsi ilə bağlı davamlı israrların səbəbi də budur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, daxili və keyfiyyətli istehsalı olan məhsulların sistemsiz idxalı və qaçamalçılığı ölkənin istehsalının qəlbinə sancılan xəncərdir: “Mütəxəssislərin hesablamalarına əsasən, daxili istehsalı olan ayaqqabı, geyim və ev əşyaları kimi cinslərin hər bir milyard dollar dəyərindəki idxalı ölkədə 100 min iş yerinin dayanmasına səbəb olur”.

O əlavə etdi: “Avtomobil istehsalçıları bu sözdən sui-istifadə etməsinlər. Çünki onların vəziyyətinin şərhə ehtiyacı yoxdur. Məqsədimiz yaxşı və keyfiyyətli istehsalı olan yerlərdir”.

İnqilabın Rəhbəri bildirdi ki, xarici cinsin daxili cinsdən üstün tutulması daxili işçiyə zərbə, xarici işçiyə isə xeyirdir: “Buna görə də xalqdan istəyimiz budur ki, daxili istehsal məhsullarını almağı özlərinə vəzifə bilsinlər. Ölkənin ən böyük alıcıları dövlət qurumlarıdır. Buna görə də onlar heç bir xarici cinsdən istifadə etməməyə çalışmalıdırlar”.

Çıxışının davamında o, işin möhkəmləndirilməsi və məhsulun gözəlləşdirilməsinin işçi və sahibkarların vəzifələrindən olduğunu dedi: “Ölkənin təhsil sistemi mümkün olduğu qədər elmi və praktiki müstəviyə yaxınlaşmalıdır. İstehsal sahəsində də işçilərin bacarıqları elə bir şəkildə artırılmalıdır ki, innovasiya və gözəl səliqə ilə işin və məhsulun dəyəri müştərilərin gözündə artsın”.

Həzrət Ayətullah Xamenei düşmənlərin təxribatlarına qarşı müqavimət göstərdikləri üçün fəhlə və işçilərə bir daha təşəkkürünü bildirdi: “Məsul şəxslər, işçi və fəhlə sinfi ilə işləyən müdirlər öz proqramlarına verilmiş vədlərə uyğun şəkildə əməl etsinlər”.

İnqilabın Rəhbəri çıxışının sonunda dövlətin iqtisadi proqramlarına işarə edərək dedi: “Bu gün hökumətin iqtisadiyyat sahəsi ilə bağlı həyata keçirmək istədiyi işlər mühüm işlərdir. Müxtəlif qurumlar, hər üç qüvvə və xalqın hər bir fərdi, İnşallah, hökumətin bu nəticələrə nail olması üçünn ona kömək etməlidir”.

Görüşün əvvəlində kooperasiya, iş və sosial rifah naziri cənab Əbdülməliki bu nazirliyin məşğulluq, biznes fəaliyyətinin asanlaşdırılması, sosial təminat və şirkətlərin idarə edilməsi sahələri ilə bağlı proqramları və fəaliyyətləri haqqında hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /