Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Daxili potensiallara diqqət sanksiya silahını yarasızlaşdırır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Tacikistan Respublikasının prezidenti cənab İmaməli Rəhman və onu müşayiən edən nümayəndə heyəti ilə görüşdə vurğuladı: “İki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlıqlarının inkişaf potensialları mövcud səviyyədən çox yüksəkdir. İran hökumətinin qonşularla əlaqələrin gücləndirilməsi siyasətinə əsasən iki ölkə arasındakı əlaqələr əsaslı şəkildə dəyişməlidir”.

İslam İnqilabının Rəhbəri İran və Tacikistanın dərin tarixi, dini, mədəni və dil ortaqlıqlarına işarə edərək iki ölkənin bir-birinə qohum və qardaş kimi olduğunu dedi.

Həzrət Ayətullah Xamenei Tacikistan prezidentinin fars dilinin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək cənab Rəisinin ilk olaraqTacikistana səfər etdiyini vurğuladı: “Bu səfər hökumətin Tacikistanla olan əlaqələrin inkişaf etdirilməsinə əhəmiyyət verdiyini göstərir. Keçən bir ildə də əlaqələrin səviyyəsi artmışdır. Amma lazım olan nöqtəyə yetişməyimizə çox var hələ”.

O, İranın texniki, mühəndislik, sənaye və elmi imkanlarının Tacikistana kömək üçün çox mühüm və hazır olduğunu dedi: “Bu imkanlardan istifadə edilməsi və əməkdaşlıqların ciddi şəkildə inkişaf etdiriliməsi istiqamətində yaradılmış müştərək komissiya əməli mərhələyə nail olmaq üçün imzalanmış bütün sənədlər üçün ciddi proqram və plan tərtib etməlidir”.

İslam İnqilabının Rəhbəri İranın müxtəlif iqlim qurşaqlarına, geniş ərazilərə və səhralara malik olmasının, İranda elmi, texniki və sənaye nailiyyətlərinin, elm əsaslı şirkətlərin, habelə Tacikistanda bol su ehtiyatı və böyük mədənlərin olmasının ortaq əməkdaşlıqların inkişaf perspektivlərindən olduğunu dedi: “Sanksiyaların olmasına baxmayaraq, İran İslam Respublikası müxtəlif sahələrdə yaxşı nailiyyətlər əldə edib. Əgər sanksiyalar olmasaydı, bu nailiyyətlər əldə edilməzdi. Çünki sanksiyalar özümüzün daxili gücümüz və imkanlarımıza əsaslanmağımıza səbəb oldu”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sanksiya böyük güclərin ölkələrə qarşı silahıdır: “Bu silahı yararsız edən daxili qüvvələrə və potensiallara diqqətdir”.

O vurğuladı ki, İranla Tacikistan arasındakı əməkdaşlıq və həmrəylik sahələrindən biri regionun problemləri, xüsusilə Əfqanıstanın vəziyyətidir: “İranla Tacikistanın Əfqanıstanla bağlı narahatlıqları ortaqdır. Hər iki dövlət bu ölkədə terrorizmin yayılması və təkfirçi qrupların böyüməsindən narahatdır. Biz hesab edirik ki, hal-hazırda Əfqanıstanda rəhbərlik edən cənablar ümumi və bütün qrupları əhatə edən bir hökumətdən istifadə etməyi bacarmalıdırlar”.

İslam İnqilabının Rəhbəri ölkəmizin Silahlı Qüvvələrinin Baş Qərargah rəsininTacikistana etdiyi son səfərə və uzaqdan idarə edilən pilotsuz təyyarə istehsalı zavodunun açılışına işarə edərək bu cür əməkdaşlıqların çox mühüm əhəmiyyət daşıdığını dedi: “PUA-lar bu gün ölkələrin ən mühüm təhlükəsizlik amilidir”.

Ölkə başçısı cənab Rəisinin də iştirak etdiyi bu görüşdə sənab İmaməli Rəhman Tehranda olduğu və İslam İnqilabının Ali Rəhbəri ilə görüşdüyü üçün çox şad olduğunu qeyd edərək İranın prezidenti ilə olan danışıqlarına toxundu: “Müxtəlif sahələrdə, o cümlədən ticari, iqtisadi və sənaye əlaqələri sahəsi ilə bağlı yaxşı müzakirələrimiz oldu. İmzalanmış sənədlərə əsasən, Zati-alinizin də göstərişləri ilə bu iki ölkənin əlaqələrinin əvvəkindən daha da çox inkişaf edəcəyinə ümidvarıq”.

O, təhlükəszilik, xüsusilə Əfqanıstan və terrorizmin yayılması ilə bağlı narahatlıqların iki ölkənin mühüm məsələlərindən olduğunu vurğuladı: “Biz Əfqanıstanda sülh, barış, sakitlik, bütün millətlərin təmsil olunduğu bir hökumətin olmasını istəyirik. Ümidvarıq ki, İran və Tacikistanın təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarının daha da artması ilə narahatlıqlara qalib gəlmək olar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /