Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şahçıraqda törədilmiş terror münafiq amerikalıların rüsvayçılığına səbəb oldu

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) səhər Şahçıraq (ə) ziyarətgahında törədilmiş terror hadisəsində qətlə yetirilmiş şəhidlərin ailələri ilə görüşdə bu acı hadisənin qəlbləri yandırsa da, İranın tarixində əbədi qalacağını dedi. O, bu hadisənin pərdəarxasındakı əllərin, yəni İŞİD-i yaratmış kinli amerikalıların rüsvayçılığına səbəb olduğunu vurğulayaraq dedi: “Mədəniyyət və incəsənət qurumları bu çox böyük hadisəni Aşura və digər tarixi məsələlər kimi diqqət mərkəzində saxlayaraq gələcək nəsillərə ötürməlidirlər”.

Həzrət Ayətullah Xamenei ziyarətçilərə qarşı törədilmiş terrorun digər terror hadisələrindən fərqləndiyini və düşmənin ikiqat rüsvyaçılığına səbəb olduğunu dedi: “Canilər və cinayətkarlarla yanaşı, əsl hamilər və İŞİD-i yaradanlar da bu cinayətə ortaqdırlar. Onlar o qədər yalançı, qəlbiqara, rüsvay və münafiqdirlər ki, sözdə insan hüquqları bayrağını uca tutduqlarını dedikləri halda, əməldə təhlükəli terrorçu qruplar yaradırlar”.

O, media və mədəni qurumlara bu faciə və digər tarixi hadisələrdən bəhs edən incəsənət əsərləri yaratmağı tövsiyə etdi: “İslam İnqilabının tarixi, bu tarixin əhatə etdiyi hadisələr, düşmənlərin media və təbliğat sahələrindəki cinayətləri ilə bağlı məsələlərdə səhlənkarıq. O qədər səhlənkarıq ki, gənc nəslin keşmişdə baş vermiş hadisələrdən, o cümlədən münafiqlərin cinayətlərindən xəbəri yoxdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu gerçəkləri hər kəsə çatdırmaq incəsənət, təbliğat, yazı və bütün mədəni qurumların fəallarının vəzifələrindəndir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /