Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Nüvə sənayesi İranın müxtəlif sahələr üzrə inkişafının açarıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər nüvə texnologiyasının k/t, tibb, səhiyyə, sənaye, ekologiya, su və elektrik stansiyası sahələri üzrə nailiyyətlərinin sərgisini 1,5 saat gəzdikdən sonra nüvə sənayesi üzrə məsul şəxslər, ekspertlər və qürur bəxş edən alimlərdən bir qrupu ilə görüşdə bu sənayenin İranın müxtəlif sahələr istiqamətindəki inkişafının açarı olduğunu dedi. O vurğuladı ki, nüvə nailiyyətlərinin təsirinin hiss olunması üçün hərtərəfli şəkildə çalışmaq lazımdır: “Çox mühüm əhəmiyyət daşıyan nüvə sənayesinin milliləşməsi milləti təhqir etmək, ölkədə iş ruhiyyəsini və ümidi zəiflətmək məqsədi güdən Qərbin və qərpərəstlərin arzusunun ürəyində qaldığını göstərdi”.

Həzrət Ayətullah Xamenei nüvə sənayesi üzrə məsul şəxslərə, alimlərə və fəallara səmimi qəlbdən təşəkkür edərək baxış keçirdiyi sərginin çox gözəl, məmnunedici və müjdəverici olduğunu dedi: “Xalqı bu nailiyyətlərin müxtəlif yönləri və millətimizin həyatına təsiri ilə tanış etmək lazımdır”.

O, nüvə sənayesinin 3 əhəmiyyətini qeyd edərək bu sənayenin inkişaf və bacarıqların təzahürü baxımından ölkənin şərəfini artırdığını dedi. O, nüvə nailiyyətlərinin xalqın həyatının yaxşılaşmasında əsaslı təsirə malik olduğunu vurğuladı: “Nüvə sənayesi İranın siyasi çəkisi və beynəlxalq mövqeyi baxımından milli başıucalıq səbəbidir. Bundan əlavə, ölkənin gələcəyinin olmadığını göstərmək və gəncləri məyus etmək üçün düşmənlərin göstərdiyi səylərə qarşı cəmiyyətdə ümid ruhiyyəsini və milli özgüvəni dirildir, xalqa, xüsusilə gənclərə böyük meydanlara daxil olub onları ram edə biləcəklərini göstərir”.

İnqilabın Rəhbəri nüvə sənayesinin strateji, eyni zamanda əyani və strateji əhəmiyyətinə istinad edərək onu İranın qüdrət və etibarının əsas komponentlərindən olduğunu dedi: “İranı, İslam Respublikasını, ölkənin gücünü və inkişafını istəyən hər kəs nüvə sənayesi üzrə elmi və tədqiqat fəaliyyətlərinə dəyər və əhəmiyyət verməlidir”.

Ali Rəhbərin çıxışının davamı düşmənlərin nüvə enerjisi məsələsi üzərində mərkəzləşməsinin köklərinin göstərilməsi ilə bağlı oldu. O, Qərbin İranda nüvə silahı istehsalı qorxusunun olması ilə bağlı iddiasının yalan olduğunu vurğuladı: “Onlar özləri bilirlər ki, biz nüvə silahı istehsal etmək fikrində deyilik. Belə ki, ABŞ-ın məlumatlı elektoratı dəfələrlə, o cümlədən son aylarda İranın nüvə silahının istehsalı sahəsində hərəkət etdiyini göstərən heç bir əlamətin olmaması gerçəyini etiraf etmişdir”.

Həzrət Ayətullah Xamenei kütləvi qırğın silahının – istər nüvə olsun, istərsə də kimyəvi – istehsalının İslama zidd olduğunu vurğuladı: “Əgər İslamın bu prinsipi olmasaydı və bizim nüvə silahı istehsal etmək istəyimiz olsaydı, bu işi görərdik və düşmənlər özləri də bilirlər ki, buna mane ola bilməzdilər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İran xalqının inkişafına qarşı olmaq düşmənlərin nüvə sənayesində ilişib qalmasının həqiqi səbəbidir: “Bu sənaye ölkənin və millətin müxtəlif sahələr üzrə ən böyük inkişafının açarıdır. Buna görə də düşmənlər digər xalqların İran xaqlının inkişaf yaradan yolu və düşüncəsini özlərinə nümunə götürməsindən qorxurlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənlərin İslam Respublikası ilə apardıqları 20 illik nüvə mübarizəsi müxtəlif həqiqətlərin aydınlığa çıqmasına səbəb oldu. Ardı-arası kəsilməyən təhdidlər və sanksiyaların ortasında iranlı gənclərin fövqəladə istedad və bacarıqlarının üzə çıxması onların ən mühümlərindəndir.

İranın müxaliflərinin qeyri-insani və zorba məntiqinin aşkara çıxması İnqilabın Rəhbərinin işarə etdiyi ikinci həqiqət oldu: “Onların nəzarət razılaşmalarından ziyadə, quldurcasına təvəqqeləri çoxdur. Onlar İran xalqını təhdid etmək istəmirlərsə, nə üçün İranın təsisatlarının təhlükəsizləşdirilməsinə qarşıdırlar”.

Nüvə tərəflərinə etimadsızlıq zərurəti Qərbin İranla 20 illik nüvə mübarizəsində aşkara çıxan üçüncü həqiqətdir. Həzrət Ayətullah Xameneinin bu məsələ ilə bağlı belə dedi: “Nüvə tərəfləri və agentlik bu illərdə gerçəkləşməyən çoxlu vədlər verdilər. Biz kimə və harada etimad edib-etməyəcəyimizi anladıq. Bu məsələ bir millət üçün çox önəmlidir. Sözügedən məsələnin diqqətə alınmaması nəticəsində çox zərbələr aldıq”.

Ali Rəhbərin nüvə sənayesi üzrə məsul şəxslər, ekspert və alimlərlə görüşdə toxunduğu digər gerçəklik nüvə nailiyyətlərinin xalqı alçaldan qərbərəstlərin tarixi məğlubiyyətinə göstərdiyi hiss olunan təsiri məsələsi oldu.

O dedi: “İmperialistlər xalqları iki formada geridə saxlayıb zəiflədirlər. Birinci metod xalqlar üzərində birbaşa dominantlıq və onların istismarı, ikincisi və ən təhlükəlisi xalqlara bacarıqsızlıq və “biz bacarmarıq” ruhiyyəsi təlqin etməkdir”.

Həzrət Ayətullah Xamenei İnqilabdan əvvəl hər iki metodun tətbiq edildiyinə işarə edərək dedi: “O vaxt bir məclisdə keçmiş rejimin məsul şəxslərindən biri ilə təsadüfi bir görüşdə tutduqları işləri tənqid etdim. İranın neft mənbələrinin talanmasını, İran bazarına ağalığı, İranın siyasətlərinə Qərb tərəfindən maksimum müdaxilələri görməzdən gələn həmin məsul şəxs iftixarla dedi: Belə boş-boş sözlər danışmayın. Avropalılar indi bizim nökərlərimizdir, bizim üçün müxtəlif cinslər istehsal edirlər, biz də istifadə edirik”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Keçmiş rejimin bu qərbpərəst və təhqiredici baxışı ilə yanaşı, gənclərimizə inandırmışdılar ki, iranlı gücsüz və bacarıqsızdlr, o dövrün baş nazirlərinin birinin təbirincə desək, istedadının çoxu gil və saxsı aftafa düzəltmək həddindədir”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən qeyd etdi ki, nüvə nailiyyətləri, iş ruhiyyəsi, ümid və yüksək əhval-ruhiyyənin olması qərbpərəstlərin aşkar məğlubiyyətidir: “O dövrdə qərbpərəstlər xalqı təhqir edirdilər. Bu gün xalq onların inkişaf və nailiyyətlərini təhqir edir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İranın nüvə imkanları 82-ci illə, yəni nüvə probleminin başladığı vaxtla müayisədə yüz dəfə çoxalıb: “Onlar bu prosesi dayandırmaq üçün cinayət və terrordan da istifadə etdilər, amma bacarmadılar. Nüvə sənayesi xalqın gənclərinin səyləri sayəsində milliləşmiş və artıq aradan getməz”.

İnqilabın Rəhbəri çıxışının davamında, periferik də olsa, mühüm bir nöqtəyə, yəni renessans və sənaye inqilabında elmlə din arasındakı qarşıdurmanın yaranmasına işarə edərək dedi: “Renessansın əsas istiqamətlərindən biri elmi inkişaf üçün din və mənəviyyatın bir kənara qoyulmasından ibarət idi. Halbuki bu gün, yəni həmin hadisədən 500 il kçdikdən sonra İslam Respublikasında ən mühüm elmi işlər qərb dünyası ilə rəqabətə əsaslanır. Özü də elm və mənəviyyat bir-birinə elə çulğalaşıb ki, elmi nailiyyətlərin əsas hərəkətvericisi Şəhriyari və Fəxrizadə kimi mömin və gecə namazl qılan gənc qüvvələrdir”.

Həzrət Ayətuillah Xamenei çxışının davamında nüvə sənayesinin məsul şəxsləri və əsas aparıcı şəxslərinə bir neşə mühüm tövsiyə ünvanladı.

O, nüvə texnologiyasının həyatın səhiyyə, sənaye, k/t, ekologiya və suyun duzsuzlaşdırılması kimi sahələrinə tətbiqinin zəruriliyini vurğulayaraq dedi: “Xoşbəxtlikdən bu iş həyata keçirilməkdədir. Mən də xalqın həyatında nüvə sənayesinin elmi nailiyyətlərindən istifadə edilməsinin zəruriliyini israrla vurğulayıram”.

İnqilabın Rəhbəri atom enerjisi üzrə məsul şəxslərə nüvə sənayesinin faydalı təsirləri ilə bağlı xalqa məlumat vermələrini göstəriş verdi: “Əhalinin nüvə sənayesi ilə bağlı məlumatı istilik və işıq enerjisinin istehsalı məsələsi ilə məhdudlaşır. Halbuki onun həyatlarının bütün sahələrindəki faydalarından xəbərləri olsa, “bizim qəti haqqımızdır” dediklərinin qədrini daha yaxşı bilərlər. Əlbəttə, bu sahədə tele-radio şirkəti və digər sahələr rol oynayır”.

O, nüvə məhsulları və xidmətlərinin kommersiyalaşdırılmasının inkişafı, dünyanın inkişaf və nailiyyətlərindən daha çox isitfadə etmək məqsədilə düşmən olmayan tərəfdar ölkələrlə elmi əməkdaşlıqların artırılmasının zəruriliyini vurğulayaraq dedi: “Bir neçə ilə bundan əvvəl elan etdiyimiz 20 min meqavat nüvə enerjisi istehsalı məsləsini ciddiyə alın və təyin edilmiş məqsədi proqramlaşdırılmış şəkildə izləyin”.

Həzrət Ayətullah Xamenei dünyanın geniş yayılmış aşağı imkanlı enerji stansiyalarının yaradılması üzərində iş görülməsinin zəruriliyinə işarə edərək dedi: “Ölkənin ayrı-ayrı sahələrində bu cür enerji stansiyalarına ehtiyac var”.

İnqilabın Rəhbəri atom enerjisi üzrə məsul şəxslərə israrla tövsiyə etdi ki, işçi qüvvələrinə yüksək hörmət göstərilməli və onlar qorunmalıdır: “Hal-hazırda nüvə sahəsi üzrə təhsi alan tələbələrin sayı çox azdır; ən azı 10 dəfə artmalıdır. Bu sahəyə xas olan problem və çətinliklər ortadan qaldırılmaqla yanaşı, mövcud alimlərdən maksimum dərəcədə istifadə edilməli və onların mühafizəsi ciddi şəkildə təmin edilməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, işçi qüvvəsinin cəlb edilməsi və qiymətləndirilməsi də mühümdür. Çünki düşmən nüfuz etməyə və işləri pozmağa çalışır. Bəzi sahələrdə bu cəhətdən zərbə almışıq. Buna görə də işçi qüvvəsinin qiymətləndirilməsində maksimum şəkildə diqqətli olmalıyıq”.

O, sonrakı tövsiyəsində agentliklə - əlbəttə ki, nəzarət qaydaları çərçivəsində - qarşılıqlı əlaqələrin və əmkədaşlığın qorunmasının zəruriliyini vurğuladı: “Mənim nüvə sənayesi üzrə məsul şəxslərə əvvəldən tövsiyəm bu idi. Əlbəttə, nəzarət qaydalarını aşan məsələləri qəbul etməyin”.

İnqilabın Rəhbəri vurğuladı ki, Atom Enerjisi Təşkilatı qarşı tərəflərin zorakı istəkləri və gerçəyi əks etdirməyən iddiaları qarşısında təslim olmasın: “Vəzifəniz olanı yerinə yetirin. Amma öz mövqelərinizdə qətiyyətlə dayanıb nə zorakı istəkləri qəbul edin, nə də gerçəkliyi əks etdirməyən vaxtaşırı - məsələn, filan vaxt filan işi görmüsünüz - iddiaları qəbul etməyin”.

O əlavə etdi: “Əlbəttə, keçən ilin isfənd ayı elan edilmiş öhdəliklərlə bağlı verilən yeni məlumatlardan gördük ki, agentlik öz öhdəliklərinə əməl etməyib”.

İnqilabın Rəhbəri parlamentin nüvə məsələsi ilə bağlı qəbul etdiyi qanunu pozmamağı tövsiyə etdi: “Bəzi fərdlərin yanlış təsəvvürünün əksinə olaraq parlamntin qəbul etdiyi qanun ölkənin və nüvə sənayesinin xeyrinə olan yaxşı qanundur. Bu qanuna əməl edilməlidir. Məlumat verilərkən bu qanun pozulmamalıdır”.

İnqilabın Rəhəbrinin bu görüşdə Atom Enerjisi Təşkilatının məsul şəəxslərinə verdiyi son tövsiyə nüvə sənayesinin mövcud infrastrukturlarının qorunması ilə bağlı oldu.

O dedi: “Əvvəlki illər ərzində nüvə sənayesi üzrə fəallar, rəhbər və məsul şəxslər mühüm infrastrukturlar yaradıblar. Müqavilələrdə bu infrastrukturların toxunulmazlığına ciddi riayət edin”.

Görüşdə çıxış edən Atom Enerjisi Təşkilatının direktoru cənab İslami nüvə sənayesinin dinamik və iqtidarla davam etməsinin bu təşkilatın sabit iş proqramı olduğunu dedi: “Nailiyyətlərin sürətləndirilməsi bu sənayeninin ölkə iqtisadiyyatına və əhalinin həyatına təsiri, yadların hay-küylərinin və nüvə sənayesinin məhdudlaşdırılmasının qarşısını almaq Atom Enerjisi Təşkilatının həyata ekçirdiyi proqramlardandır. Alimlərimiz bədxahların təhdidlərinə baxmayaraq, sənayenin inkişafı istiqamətindəki səylərini dayanmadan davam etdirirlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /