Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qurumların fəaliyyətinə hüquqi qiymət verilməsinin əsas meyarı nəticədir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər məhkəmə sisteminin sədri, məsul şəxsləri və bir qrup işçisi ilə görüşdə bu qüvvənin misilsiz əhəmiyyətə malik olduğunu vurğulayaraq məhkəmə orqanının dəyişdirilməsi sənədinin tam şəkildə icrası, bu qurumun daxili və xaricində korrupsiya ilə mübarizə, ictimai hüququn dirildilməsi, qanuni azadlıqların təmin edilməsi və cinayətin baş verməsinin qaşısının alınmasının məhkəmə sisteminin mühüm vəsifələrindən olduğunu dedi: “Bütün qurumların fəaliyyətinə hüquqi cəhətdən qiymət verilməsinin əsas meyarı əldə edilən nəticədir”.

Həzrət Ayətullah Xamenei 07 tir 1360-ci il tarixində münafiqlərin bomba yerləşdirməsi nəticəsində Behişti və İmamın yoldaşlarından 72-sinin şəhid olması ilə nəticələnən hadisənin ildönümü ərəfəsinə təsadüf edən bu görüşdə dok. Behiştinin çox zəhmətkeş, nizam-intizamın bariz nümunəsi, təşəbbüskar, hər kəsin, hətta müxaliflərin də fikirlərini dinləməyə hövsələsi olan, riyakarlıqdan uzaq, yüksək elmi-dini dərəcəyə malik bir adam olduğunu qeyd etdi: “Behiştinin əxlaqi və işgüzar xüsusiyyətləri bu gün də hər kəs üçün örnəkdir”.

O qeyd etdi ki, məhkəmə sisteminin ayrı-ayrı yönlərinin dəqiq tanıtdırılması cənab Muhsini Ejeiyə xas olan gözəl xüsusiyyətlərdəndir.

Bu sistemin dövlətin əsas və mühüm sütunlarından olduğunu deyən Ali Rəhbər onun müsbət fəaliyyətlərinin insanların həyatına dərindən təsir göstərdiyini, dövlətin məqsədlərinin həyata keçməsində rol oynadığını, ehtimal edilən mənfi tədbirlərinin mühüm zərbələr və pozuntularla müşayiət olunduğunu bidirdi.

İnqilabın Rəhbəri keçən il məhkəmə sisteminin işçiləri ilə görüşdə müzakirə edilən məsələlərin bir hissəsinin həyata keçirilməsi istiqamətində məhkəmə sisteminin əldə etdiyi nailiyyətləri yaxşı qiymətləndirdi: “Bəzi sahələrdə irəliləyiş olmayıb. Hər halda məhkəmə və digər qurumların fəaliyyətlərinin qiymətlənidirilməsində mühüm olan statistikalar və kəmiyyətlər deyil, xalqın bəhrələndiyi nəticədir. Qiymətləndirmənin meyarı və mənbəyi bu olmalıdır”.

Həzrət Ayətullah Xamenei bir daha mütəxəssislərin görüşünə istinad edərək məhkəmə sisteminin dəyişmə sənədinin mühüm və mükəmməl sənəd olduğunu qeyd edərək məhkəmənin İnqilabdan sonrakı təcrübələrindən danışdı: “Bu təcrübələrdən dəişiklik yaratmaq, yəni müsbət cəhətlərin gücləndirilməsi və mənfi cəhətlərin sıfra endirilmsəində istifadə etmək lazımdır”.

İnqilabın Rəhbəri məhkəmə sisteminin məsul şəxslərinə xatırlatdı ki, zəruri struktur dəyişiklikləri, bəzi rəhbərlərin və strategiyalardakı ehtimal edilən dəyişikliklər, hökumət və parlamentin yardımı ilə lazımi büdcə təminatı, lazım olan qanunların təsdiq edilməsi, sənədin təkmilləşdirilməsi dəyişmə sənədinin həyata keçirilməsi istiqamətində lazım olan şərtlərdəndir.

O, varislərin, mütəxəssislərin və səmərəli qüvvələrin yetişdirlməsinin qurumların dəyişməsi və işlərin inkişafının bütün məsul şəxslərin ciddi şəkildə diqqət yetirməli olduğu lazımi şərtlərdən olduğunu dedi.

İnqilabın Rəhbərinin toxunduğu başqa bir mühüm məsələ məhkəmə sisteminin daxili və xaricində korrupsiya ilə mübarizə aparılması məsələsi oldu: “Məhkəmə sisteminin hakimləri və işçilərinin böyük əksəriyyəti, həqiqətən, az məvaciblə ən çətin işləri yerinə yetirən şərəfli insanlardır. Amma ölkənin hər nöqtəsində kiçik azlığın sui-istifadəsi məhkəmə sisteminin simasına ləkə gətirir, bu qüvvə ilə bağlı doğru olmayan mühakimələrin səsləndirilməsinə səbəb olur. Buna görə də qurumun daxilindəki hər növ qanun pozuntusu ilə ciddi mübarizə aparmaq lazımdır”.

O, qərəzli və xəstə qəlbli insanların məhkəmə orqanına qarşı yaydıqları şayiələrin gerçək həyatdakından daha çox olduğunu bildirdi: “Məhkəmə sistemi daxilində korrupsiya, hər nə qədər az olsa da, kökünü kəsməlisiniz”.

Həzrət Ayətullah Xamenei mübarizə aparılmadıqda korrupsiyanın yolxucu olduğuna işarə edərək dedi: “Məhkəmə sistemindən kənarda korrupsiya ilə mübarizədə digər qüvvə və qurumlar da fəal olmalıdırlar, işin məhkəmə orqanına qədər gəlib çıxmaması üçün səlahiyyətləri altında olan idarələrdə korrupsiyanın mənşəyi və əsasları ilə ciddi şəkildə mübarizə aparmalıdırlar”.

İnqilabın Rəhbəri daşınmaz əmlakın qeyri-rəsmi alqı satqısının korrpusiyanın böyük mənşələrindən olduğunu dedi: “Bu cür əməliyyatlar qüvvədən salınmalıdır. Əgər Nəzarətçilər Şurası tərəfindən parlamentin qərarına irad bildirilirsə, bu, ölkənin və dövlətin qəti məsləhətinə görədir və bu qanunun son təsdiqidir”.

Həzrət Ayətullah Xamenei konustitusiyaya əsasən, məhkəmə sisteminin üzərinə düşən vəzifələrdən birinin ictimai hüquqlar olduğunu və bunun həyata keçirilməsinin çox mühüm olduğunu dedi: “Virtual və qeyri-virtual məkanlarda qarxu yaratmaq və insanların psixoloji təhlükəsizliyinə zərə yetirən amillərin alınması ictimai hüquqların təmin edilməsinin təzahürlərindəndir. Məhkəmə sistemi proqram işləyib hazırlamaqla, qaydalar tərtib etməklə bu çətin vəzifəni yaxşı yerinə yetirməlidir”.

İnqilabın Rəhbəri xalqın qanuni azadlıqlarının təmin edilməsinin də mühüm olduğunu dedi: “Konustitusiyanın dəqiq ifadəsinə əsasən, şəriətin insanlar üçün icazə verdiyi bütün azaldıqlar təmin edilməlidir. Güc strukturları adətən bu azadlıqların təminatçısı rolunda çıxış edirlər. Məhkəmə sistemi bu sahədə öz vəzifələrinə əməl etməlidir”.

O qeyd etdi ki, düşünülmüş və dəqiq hesablanmış mexanizm yaradıması məhkəmə orqanının cinayətin qarşısının alınmasında öz qanuni vəzifəsinə əməl etməsinin zəruri şərtidir: “Bu cür mühüm işlər fərdi, rəhbərlik və yeri düşəndə həyata keçirilən tədbirlərlə lazımı nəticəni verməz, proqrama ehtiyac var”.

Müraciətçilərlə yaxşı davranılmasının zəruriliyi İnqilabın Rəhbərinin vurğuladığı başqa bir nüans oldu: “Ədliyyəyə müraciət edən adam qaşqabaqla qarşılanarsa, oranı məyus halda tərk edər, hətta onun işinə baxılsa belə. Buna görə də insanlarla yaxşı davranılması vəzifəsini səbr və hövsələ ilə yerinə yetirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda məhkəmə sisteminin media təsvirinin yaxşı olmadığını dedi: “Bu sistemdə həyata keçirilmiş çoxlu sayda işlərin nümayiş etdirilməsi və məlumat verilməsi üçün təbliğat və mediadan düzgün istifadə edilmir. Bu zəifliyin bir hissəsi tele-radio şirkəti və media vasitələrindən qaynaqlansa da, digər hissəsi məhkəmə sisteminin özü ilə bağlıdır”.

O, məhkəmə sisteminin sədrinin cəmiyyətin müxtəlif təbəqələri ilə iclaslar təşkil etməsinin çox mühüm bir tədbir olduğunu dedi: “Hüquqşünaslar, siyasi və iqtisadi ekspertlər, tələbələr, fikir və düşüncə adamları olan gənclər, müəllimlər, ruhanilər və biznesmenlərlə iclaslar təşkil edilməsi məhkəmə sisteminin önündə yeni üfüqlərin açılmasına səbəb olur. Bu müzakirələr mediada düzgün şəkildə əks etdirilməlidir”.

Bu görüşün əvvəlində çıxış edən Məhkəmə Sisteminin sədri Höccətül-İslam vəl-müslimin cənab Muhsini Ejei bu qüvvənin müxtəlif fəaliyyətləri və tədbirləri ilə bağlı verdiyi hesabatında digər qurumlarla, habelə cəmiyyətin müxtəlif təbəqələri və elitlərlə olan əməkdaşlıq və qarşılıqlı əlaqələrin analoqsuz olduğunu dedi: “Bu iclaslar problemlərin ortadan qaldırılması istiqamətində yekdil qəbul edilmiş həll yollarının seçilməsi və prioritetlərin təyin edilməsi ilə nəticələnir”.

Cənab Muhsin Ejei intellekləşdirmə və yeni texnologiyalardan maksimum dərəcədə istifadə edilməsinin məhkəmə sisteminin prioritetlərindən olduğunu dedi: “Bu, korrupsiyanın qarşısının alınması, problemlərin öyrənilməsi, proseslərin qısaldılması və xərclərin azaldılmasında böyük təsirə malikdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /