Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məhərrəmin səkkizinci gecəsi və Əliəkbərə təvəssül mərasimi keçirildi

Bu gecə (çərşənbə axşamı) İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynin (ə) məhərrəm ayının səkkizinci gününə təsadüf edən matəm mərasiminin ikinci gecəsi keçirildi.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Əliəkbəri Həzrət Əliəkbərin (ə) İslam kontekstində tərbiyə meyarı olan şəxsiyyətinin ayrı-ayrı yönlərindən danışdı. Ondan sonra cənab Seyid Məcid Bəni Fatimə Kərbəlanın bu uca şəhidinə həsr edilmiş mərsiyə və növhə oxudu.

Şəhidlər sərvərinin matəm mərasimi İmam Xomeyni (r.ə) adına hüseyniyədə 7 mordad, şənbə gününə qədər davam edəcək.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /