Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Hüseynin (ə) Aşurası axşamı və şəhidlər sərvərinə təvəssül məclisi

İslam İnqilabının Ali Rəhbəri və bir qrub Hüseyn əzadarının iştirakı ilə bu axşam İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Hüseynin (ə) Aşurası axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii İmam Hüseynin (ə) kəlamlarına istinad edərək ümidin dəyişiklik yaradan səy və fəaliyyətdəki rolundan, habelə ideyalar uğrunda qətiyyət göstərilməsinə təsirindən danışdı.

Mərasimdə cənab Mehdi Səmavati zikri-müsibət və “Təvəssül” duasını, cənab Mehdi Rəsuli mərsiyə və növhə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /