Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Beynəlxalq münasibətlərdə meyar milli şərəf və maraqlardır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə hökumətin bəzi sahələrdə, o cümlədən infrastruktur, makroiqtisadi parametrlərin inkişafı və xarici siyasət sahəsindəki yaxşı və güclü fəaliyyətini yüksək qiymətləndirərək təşəkkür etdi: “Hökumətin tərifəlayiq əsaslı işlərinin olmasına rəğmən, təəssüflər olsun ki, məişət problemləri bir toz kimi hökumətin həyata keçirdiyi əsaslı işləri görməyə mane olur. İkirəqəmli inflyasiya mümkün qədər azaldılmalı, ədalət, sosial təbəqələr arasındakı məsafələrin azaldılması, bazarın stabilliyi, inflyasiyanın azaldılması, valyuta və istehsalın artım qiymətinin sabitləşdirilməsi hökumətin bütün qərar və tədbirlərində, o cümlədən yeddinci inkişaf proqramında tam şəkildə diqqət mərkəzində olmalıdır”.

Həzrət Ayətullah Xamenei Şəhid Rəcai və Şəhid Bahünərin ildönümü, habelə hökumət həftəsinə təsadüf edən bu görüşün əvvəlində Allahın razılığının qazanılması və xalq üçün çalışmanın bu iki böyük şəhidə xas olan iki əsas xüsusiyyət olduğunu dedi: “Rəcai və Bahünər ilahi və inqilabçı mövqeləri ilə xalq üçün işləməyin də Allahın razılığının qazanılmasına səbəb olduğunu hesab edirdilər. Bu əsas məqsəd onların bütün fəaliyyətləri, təyinatları və gördükləri işlərə işıq salırdı. Buna görə də İslam Respublikasındakı bütün hökumətlərin simvolu Allahın razılığını qazanmaq və xalq üçün çalışmaq olmalıdır”.

O, rəhbərliyin fərqli yanaşmaları və bacarıqları olan hökumətlərin hamısına dəstək verdiyinə işarə edərək icraçı qüvvəyə köməklik göstərilməsinin hər kəsin vəzifəsi olduğunu dedi: “Bu hökumətin iki illik fəaliyyəti təqdir və tərifə layiqdir. Amma təəssüflər olsun ki, hökumətin mediasının yetərsizliyi səbəbindən onun yaxşı fəaliyyətləri lazımlı və layiqli dərəcədə xalqa çatdırılmamışdır”.

İnqilabın Rəhbəri hökumətin iqtisadiyyat sahəsində həyata keçirdiyi bəzi güclü işlərə aydınlıq gətirərək makro parametrlərin artımına, o cümlədən iqtisadiyyatın, xüsusilə sənaye sahəsindəki inkişafına, investisiya artımı, likvidliyin, işsizliyin və GİNİ əmsalının azalması və ixracatın artmasına işarə edərək dedi: “Vergi sisteminin gücləndirilməsi, neft-kimya məhsullarının artması, neft və qaz sahəsində qiymətli işlərin həyata keçirilməsi, fəaliyyəti tam şəkildə dayandırılmış və ya yarımçıq qalmış bir neçə min müəssisənin yenidən fəaliyyətə başlaması hökumətin həyata keçirdiyi qiymətli işlərdəndir. Əlbəttə, makroiqtisadi parametrlərin və infrastruktur fəaliyyətlərin artımının xalqın həyatına təsir göstərməsi üçün zamana ehtiyac var”.

Həzrət Ayətullah Xamenei hökumətin yaxşı fəaliyyətinin cəmiyyətdə öz əksini zəif göstərməsinin səbəblərini qeyd edərkən iki nüansı vurğuladı: “1) Hökumətin mediasının zəifliyi; 2) Məişət problemləri, o cümlədən bəzi qida məhsullarının qiymətinin kəskin artımı, ev və mənzil sahəsində ümidsizlik yaradan qiymət artımı hökumətin əsas işlərini görməyə bir toz kimi mane olur”.

İnqilabın Rəhbəri hökumətin idarəetmə sahələrindəki fəaliyyətlərinin də mühüm olduğunu bildirdi: “Xalqın arasında olmaq, insanlarla birbaşa, səmimi və təvazökarcasına ünsiyyət çox qiymətlidir”.

O əlavə etdi: “Xalqla yuxarıdan aşağı, təkəbbürlə danışmağa haqqımız yoxdur. Çünki biz, ümumiyyətlə heç kəsik və hər nə varsa, xalqa məxsusdur. Bizə hər hansı məsuliyyət verilibsə, birincisi, onu xalq verib, ikincisi, xalqa xüdmət üçün verilib”.

İnqilabın Rəhbəri sadə və təvazökar inqilabçı həyat tərzinin, cihad ruhiyyəsi və idarəetmənin ayrı-ayrı sıralarında gənclərdən istifadə eidlməsinin hökumətin digər tərifəlayiq işlərindən olduğunu dedi.

Həzrət Ayətullah Xamenei hökumətin xarici siyasət, o cümlədən qonşuluq münasibətlərindəki fəaliyyətlərinin də çox yaxşı olduğunu bildirdi: “Heç bir qonşu ilə hər hansı münaqişədə olmamalıyıq. Münaqişə varsa da, əməkdaşlığa çevrilməlidir. Bu sahədə addımlar atılmış və atılmaqda davam etdirilməlidir”.

O qeyd etdi ki, İranla münasibət qurmaq istəyində olan bütün dövlətlərlə (bəzi istisnaları çıxmaq şərtilə) münasibət yaratmaq on üçüncü hökumətin digər siyasətlərindəndir: “İki beynəlxalq müqaviləyə üzv olmaq da çox mühüm bir işdir. Bu da ölkənin beynəlxalq müqavilələrin təsisçilərinin İranla əlaqədə istəkli olduqları, bəzən də israr etdikləri bir mövqedə olduqalrını göstərir. Onlar öz hesablamalarına və İranın gerçəkliklərinə əsaslanaraq ölkəmizlə əlaqə yaradılmasını lazım bilirlər”.

O, hökumətin mədəniyyət sahəsində həyata keçirdiyi yaxşı işlərin kəmiyyət və keyfiyyətinin artırılması zərurətindən söz açaraq bir mühüm məsələni vurğuladı: “Ölkənin gerçəklikləri, hökumətin fəaliyyəti və xalqın bu gerçəklərlə bağlı məlumatları arasındakı məsafə çox böyükdür. Yüksək mütəxəssislərdən istifadə edərək bu məsafə azaldılmalıdır”.

İnqilabın Rəhbərinin prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə etdiyi çıxışın üçüncü hissəsi mühüm bildirişlərdən ibarət oldu.

Ölkənin əsas prioritetinin iqtisadiyyat və mədəniyyət olduğunu bir daha qeyd edən İnqilabın Rəhbəri ilin şüarı haqqında belə dedi: “İnflyasiyaya nəzarət də istehsalın artımı ilə əldə edilir. Buna görə də istehsalın artımı ən mühüm işdir və ən ön sırada olmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, istehsala dəstək və istehsalçıların yolu üzərindəki maneələrin ortadan qaldırılması istehsalın artımı istiqamətində iki həll yoludur: “Qanuni dəstəklər, istehsal fəaliyyətlərinin asanlaşdırılması, maliyyə dəstəkləri, hökumətin vəzifəsi daxilində mənbələrin təmin edilməsi, mədəni dəstək, yəni insanları daxili məhsuldan istifadə etməyə rəğbətləndirmək istehsalı artıran ən mühüm vasitələrdəndir”.

O əlavə etdi: “Əlbəttə, diqqətli olmaq lazımdır ki, əvvəlki dövlərdə olduğu kimi, istehsala ayrılmış valyuta mənbələri başqa istiqamətlərə yönəlməsin, iqtisadi məsələlər və məlumatların oyunçusu olan bəzi şəxslər boşluqlardan istifadə edib böyük məbləğdə gəlirləri mənimsəməsinlər”.

İnqilabın Rəhbəri xarici ticarətin daxili istehsala olan dəstəklərinin istehsal artımının digər amillərindən olduğunu vurğuladı: “Xarici ticarətin bir hissəsi bazarın tənzimlənməsi ilə bağlı olur. Amma digər hissədə çalışmaq lazımdır ki, dövlətlərlə əldə edilmiş müqavilə və razılaşmalar sonda daxili istehsalın ixracatına, sərmayənin və əsas məhsulların sərmayəçi ölkəyə gəlişinə səbəb olsun”.

O, ölkənin ehtiyaclarının vaxtında müəyyən edilməsinin də zəruriliyini vurğuladı: “Ölkənin hər hansı məhsula olan ehtiyacı vaxtında müəyyən edilməsə, böhran mərhələsi yaxınlaşdıqda çarəsizlik içərisində qalıb idxalata başlasaq, mütləq problem yaşayacağıq”.

Həzrət Ayətullah Xamenei cari ildə 10 milyon tondan artıq buğda alınmasından məmnun olduğunu dedi: “Əgər ölkənin digər məhsulları, sənaye-mədən məhsullarının istehsalçıları və xidmət sahələrinin fəallarına dəstək verilsə, onlar ölkənin ehtiyaclarını çox yüksək səviyyədə təmin etməyə qadirdirlər”.

İnqilabın Rəhbəri sonrakı bildirişində hökumətin yeddinci proqramla bağlı öhdəliklərinə işarə edərək ondan bütün iqtisadi işlərdə və qərarlarda ədalət, siniflərarası məsafələrin azaldılması, bazarın stabilliyi, inflyasiyanın azaldılması, valyuta məzənnəsinin sabitləşdirilməsi və istehsalın artırılması kimi mühüm nüanslara riayət edilməsini, iqtisadi qərarların onların parametrlərinə təsir göstərdiyini nəzərə almasını istədi.

Həzrət Ayətullah Xamenei xalqın məişətinin çox mühüm bir məsələ olduğunu dedi: “Mənzillərin və icarə haqlarının baha olması kimi məişət problemlərinin hökumətin yaxşı zəhmətləri və işlərinə kölgə salmasına və diqqətdən kənarda qalmasına səbəb olur”.

O bildirdi ki, sanksiyaların əsas məqsədi xalqın məişəti və onların girov götürülməsidir: “İnflyasiyanın aradan qaldırılması istiqamətində işlər görülməkdə və müzakirələr aparılmaqdadır. Bu, öz yerində düzgündür və belə də davam etməlidir. Amma onunla paralel olaraq sanksiyaların neytrallaşması xətti də davam etdirilməlidir. Bunun ən mühüm yolu inflyasiyanı azaltmaqdır”.

İslam İnqilabının Rəhbəri məsul şəxslərin hökumətin əvvəlində inflyasiyanın azalması ilə bağlı verdikləri statistikalara işarə edərək dedi: “Bu azalma yaxşıdır, amma kifayət etmir. Çünki ardıcıl bir neçə il ərzində ikirəqəmli inflyasiyanın davam etməsi arzuolunan deyil, mümkün olduğu qədər azalmasına səy göstərilməlidir”.

O vurğuladı ki, yarımçıq və tamamlanmamış işlərin və layihələrin başa çatıdırılması, bankların problemlərinin həlli, dəllallıq və vasitəçiliklə mübarizə inflyasiyanın azalmasına geniş şəkildə təsir göstərəcək fəaliyyətlərdəndir.

Həzrət Ayətullah Xamenei digər tövsiyəsində ayrı-ayrı ölkələrlə əlaqə yaradılması fürsətlərinin öyrənilməsi və vaxtında həmin fürsətlərdən istifadə edilməsinin zəruri olduğunu bildirdi.

O, dövlətin bəzi ölkələrlə olan uzunmüddətli və müxtəlif tipli əməkdaşlıq sənədlərinə işarə edərək bu razılaşmaların və sənədlərin başa çatdırlmasının zəruri olduğunu dedi: “Müqavilə və sazişlər sırf vərəq üzərində qalmamalıdır”.

İnqilabın Rəhbəri dünya ilə əlaqələri bir neçə qərb ölkəsi ilə isti və səmimi münasibətlə məhdudlaşdıran bəzi siyasi ünsürlərin təlqinlərinə işarə edərək dedi: “Bu baxış səhv, irticaçı və 100 il bundan öncəyə aiddir. Bir neçə Avropa ölkəsi bütün dünyaya ağalıq edirdi. Amma bu gün həmin köhnə və mürtəce baxış bir kənara qoyulmalı və başa düşmək lazımdır ki, dünya ilə, yəni böyük insan resursları və təbii sərvətlərlə zəngin olan Afrika, Cənubi-Amerika və Asiya ilə əlaqə beyənlxalq münasibətlər, milli şərəf və maraqların meyarı olmaqla yanaşı, əlaqələrdə imperializmi və onun qəbul edilməsini də rədd edir”.

O, bir neçə başqa xatırlatma edərək hökumət işçilərinə səsləndi: “Xalqa uyğun həyat tərzini qoruyub saxlayın. Bu, çox mühüm bir məsələdir. Habelə bacardıqca mütəxəssislər və fikir sahibləri ilə müzakirələri artırın”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, tələbə və müəllimlərin fikirlkərini dinləmək, bəzi lazımlı məsələləri onlara açıqlamaq üçün məsul şəxslərin universitetlərə getməsi zəruridir: “Tələbələr, müəllimlər və elitlər məlumatlı insanlar olsalar da, ölkədə həyata keçirilmiş çoxlu sayda böyük işlər haqqında kifayət qədər məlumatları yoxdur. Nailiyyətləri görmək onların məlumatlarını təkmilləşdirə bilər”.

O, ölkənin ümumi nailiyyətlərinin təbliği üçün zəmin yaradılmasının zəruri olduğunu dedi: “İranla mübarizədə düşmənin ümid etdiyi yerlərdən biri universitetlərdir. Məsul şəxslərin universitetlərdə olması onların bu planını pozur”.

İnqilabın Rəhbərinin bu sahədə qeyd etdiyi növbəti xatırlatma hökumətin media fəaliyyətinin funksionallığının artırılması ilə bağlı oldu: “Hər bir mühüm addım üçün parlaq bir təbliğat əlavəsinin olması lazımdır. Məsələn, üstünlük verilən valyutanın dövriyədən çıxarılması məsələsində bu işin səbəbi, faydaları və nəticələri xalqa aydın şəkildə izah edilməli idi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, işlərdə kollektiv düşüncədən istifadə etmək lazımdır: “Məsul şəxslərin çıxışları, statistikaları və vədləri bir-birini tamamlamalıdır, qurumlar bir-birlərinin statistikalarını və vədlərini rədd etməməli və yararsız olduğunu hesab etməməlidirlər”.

O, çıxışının sonunda hökumət işçilərinə dezinformasiyalara və qeyri-əsas işlərə etina etməməyi tövsiyə etdi: “Bir qrup insan virtual məkanda hökumətin hər hansı tədbirinin qarşısını almaq və ya hər hansı fəaliyyəti hökumətə təlqin etmək üçün çox güclü kapmaniya yarada bilər, amma sizin qəbul etdiyiniz qərar və ya həyata keçirdiyiniz iş hər cəhətdən ölçülüb biçilibsə, təzyiqçi qrupların hay-küylərinə etina etməməli, Allaha təvəkkül edib addımlarınızı möhkəmləndirərək tam qətiyyətlə davam etməlisiniz”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Allahın köməkliyi ilə səlahiyyətinin qalan müddəti ərzində hökumətin uğurlarının ikiqat artacağına ümidvar olduğunu dedi.

Görüşün əvvəlində çıxış edən ölkə başçısı hökumətin işə başladığı vaxt qarşısında duran korona, büdcə kəsri və əsas məhsulların çatışmazlığı kimi problemlər haqqında məlumat verərək maneələri dəf etmək üçün hökumətin qarşıya qoyduğu həll yolları və həyata keçirdiyi tədbirlərdən danışdı: “İki il ardıcıl istehsalın 4%-lik artımı, işsizliyin 8,2% azalması, ölkə ticarətinin analoqu olmayan şəkildə artması, neft və qaz istehsalının artması, su üzərində qalmış 87 milyon barel maye probleminin tamamilə ortadan qaldırılması, 22 min meqavat elektrik çatışmazlığı probleminin həlli üçün proqram işlənib hazırlanması, su çatışmazlığının aradan qaldırılması və 3500 kəndin probleminin ortadan qaldırılması üçün hökumətin həyata keçirdiyi tədbir, qaz sahəsindəki çatışmazlığı ortadan qaldırmaq üçün qaz istehsalının artırılması, likvidliyin artımının 40%-dən 27%-ə qədər azaldılması, büdcə sistemi və strukturunun islahı üzərində təmərküzləşmə, hökumətin işə başladığı ilk vaxtdan bu günə qədər 15 min xəstəxana çarpayısının artırılması, səhiyyə sığortasının əhatəliliyinin artırılması, elm təməlli şirkətlərin keyfiyyət və kəmiyyətinin artırılması, idmançı gənclərin medalçılarının sayının 59% artırılması, korrupsiyanın meydana çıxmasının qarşısını almaq üçün şəffaflıq sistemlərinin aktivləşdirilməsi, 8 milyon turistin ölkəyə səfər etməsi, 10 milyon tondan artıq ehtiyat buğdanın alınması, ilin sonuna qədər 1,7 milyon avtomobil istehsal edilməsinin hədəf götürülməsi, sanksiyanın ortadan qaldırılması, eyni zamanda qonşuluq siyasətinin davam etdirilməsi üçün danışıqların davam etdirilməsi, dünyanın böyük koalisiyalarında iştirak, İran xalqının ayrı-ayrı ölkələrdə olan mallarının geri qaytarılması hökumətin bu müddət ərzində həyata keçirdiyi tədbir və proqramlardan olmuşdur”.

Cənab Rəisi qeyd etdi ki, fasiləsiz fəaliyyət üzərində təmərküzləşmək, qeyri-əsas və kənar işlərdə ilişib qalmamaq hökumətin siyasətidir: “Xalqın özünün köməyi, iştirakı və fəallığı ilə düşmənin İranı dünyadan təcrid etmək və xalqı ölkə daxilində ümidsizliyə qapatmaq proqramını iflasa uğratdı”.

Prezidentin birinci müavini cənab Müxbir makroiqtisadi parametrlərin vəziyyəti haqqında məlumat verərək hökumətin sistemli proqram çərçivəsində ilin şüarına əhəmiyyət verdiyini dedi.
Energetika naziri cənab Mehrabiyan da su və elektrik sahəsində həyata keçirilən böyük layihələrin son vəziyyəti haqqında məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridi

 

700 /