Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqəddəs Müdafiə göstərdi ki, gənclər bütün problemləri həll edə bilərlər

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Müqəddəs Müdafiənin və məcburi müharibənin ayrı-ayrı cəhətləri ilə bağlı maarifləndirmə işləri aparan minlərlə qabaqcıl və aparıcı fəalla görüşdə Müqəddəs Müdafiənin əzəmətini göstərən ayrı-ayrı məsələlərdən danışaraq İran xalqının o ağır qarşıdrumadan sonrakı qələbə səkisi üzərindəki nailiyyətləri, ərazi bütövlüyünün qorunması, İran xalqının imkan və potensiallarının üzə çıxması, ölkənin qeyri-coğrafi sərhədlərinin genişlənməsi, müqavimət məfhumu və mədəniyyətinin ölkə daxilində və dünyadakı inkişafı və istehkamının bütün iranlıların beynəlxalq quldurlar cəbhəsi və mənfur Səddamla mübarizəsinin nəticələrindən olduğunu vurğuladı: “Müqəddəs Müdafiədə ölkə gənclərinin istedadlarının çiçəklənməsi, güc və təşəbbüskarlıqlarının parlaması göstərdi ki, gənclər ölkənin bütün problmelərini həll etməyə qadirdirlər”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiənin İran tarixinin mühüm dövrü olduğunu dedi: “Əgər o əsas mərhələnin dərin məzmunlu ayrı-ayrı cəhətləri və xalqın məcburi müharibədəki qələbəsinə səbəb olan amillər gənc nəsillərə tanıtdırılsa, ölkədə həyata keçirilməsi nəzərdə tutulan böyük işlər grçəkləşər. Bu sahədə bir çox işlər görülsə də, Müqəddəs Müdafiənin heyrətamiz incəliklərinin çatdırılması istiqamətində görülən işlər yüz dəfə artırılmalıdır”.

O, Müqəddəs Müdafiənin böyüklüyünü göstərən mühüm bir cəhətə aydınlıq gətirmək üçün dörd aspekti qeyd etdi: “Müharibədə nə müdafiə edildi? Kimdən müdafiə edildi? Müdafiə edənlər kimlər idi? Bu müdafiənin nəticələri nə oldu?”

İnqilabın Rəhbəri bildirdi ki, məcburi müharibədə düşmənlərin əsas məqsədi İslam İnqilabını və İslam Respublikasını məhv etmək, ölkəni bəzi cəhətlərdən təcrid etmək idi: “Böyük İslam İnqilabı misilsiz bir hadisə idi. Çünki o vaxta qədər dünyada nəticəsi həm din, həm də xalq mənşəli olan hökumət olmamışdı. Beynəlxalq quldurlar bu yeni sözü, yəni İslam Respublikasını və dini demokratiyanı məhv etmək istəyirdilər. Bu günə qədər də həmin məqsədi izləyirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin bir hissəsini ayırmaq məqsədi daşıyan sərhəd müharibələri ənənə xarakteri almış bir məsələdir: “Bu qəbildən olan müharibələrdən fərqli olaraq məcburi müharibənin məqsədi bir ölkənin varlığını, bir xalqın kimliyini və naliyyətlərini məhv etməkdir. Bu cəhətdən Müqəddəs Müdafiənin əzəməti aydın olur”.

İnqilabın Rəhbəri bildirdi ki, Müqəddəs Müdafiənin əzəmətini dərk etmək üçün İrana hücum edənlərin mahiyyətinə diqqət yetirilməsi zəruridir: “O dövrdə dünyanın bütün gücləri vahid bir cəbhədə birləşib Səddamın İrana qarşı hücumuna dəstək verdilər”.

O, imperializmin Səddama yardımlarından danışarkən amerikalıların Səddamı İrana hücum etməyə sövq edən informasiya dəstəyinə də işarə etdi: “Amerikalılar fasiləsiz informasiya yardımları ilə yanaşı, təcavüzkarlara döyüş taktikaları da öyrədirdilər. Fransızlar ən qabaqcıl hava təchizatını Səddamın ixtiyarına verdilər. Almanlar kimyəvi silah istehsal etməsi üçün onu texniki təchizatla təmin etdilər. Şərq bloku keçmiş SSRİ-nin rəhbərliyi ilə Səddamı istədiyi hər növ quru və hava imkanları ilə təchiz etdi. Regionun ərəb dövlətləri də ona külli miqdarda pul verdilər”.

İnqilabın Rəhbəri imperialistlər cəbhəsi, Səddam və regionun ərəb dövlətləri ilə müharibədə İslam Respublikasının və İran xalqının tək qaldığını dedi: “Xalq belə bir qeyri-bərabər müharibədə qələbə səkisində dayanaraq öz əzəmətini göstərdi”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiənin üçüncü cəhətindən danışarkən xalqın bütün təbəqələrinin həmin misilsiz qəhərmanlıqda iştirakını qeyd etdi: “Məsələnin görünən tərəfi bu idi ki, dünyanın hər yerində olduğu kimi, hücumları İranın Silahlı Qüvvələri – SEPAH, ordu və bəsic dəf edir. Amma müdafiənin görünməyən tərəfi digər müharibələrdən tamamilə fərqlənirdi”.

O, İmam kimi ilahi şəxsiyyətin, elm, fikir, düşüncə və mənəvi səfaya malik olan bir adamın ümumilikdə Müqəddəs Müdafiəyə rəhbərlik etməsinin həmin fərqlərdən biri olduğunu dedi: “Ayrı-ayrı vaxtlarda, o cümlədən Pavənin xilas və Abadan mühasirəsinin yarılması kimi hadisələrdə İmamın isti nəfəsi və mənəviyyatından gələn kəlamı ayrı-ayrı cəbhələrə heyrətamiz şəkildə təsir göstərdi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, müdafiəçilərin malik olduqları dini rəng Müqəddəs Müdafiəni digər müharibələrdən fərqləndirən cəhətlərdəndir: “Cəbhələrdə Allaha və mənəviyyata diqqət, xalqın döyüşçülərə dəstək verməsi, şəhidlərin anaları, ataları və həyat yoldaşlarının mətanəti müqəddəs müdafiəni və cəbhənin ön xətlərini ibadət mehrabına çevirdi”.

O vurğuladı ki, bütün sosial təbəqələrin nümayəndələrinin səfərbərliyi, məscidlər, məktəblər, mədrəsələr və universitetlərin qüvvələri cəbhəyə yola salan mərkəzlərə çevrilməsi Müqəddəs Müdafiənin dini rəngini göstərən başqa bir cəhətdir: “Bu mövzuda bir-birindən maraqlı yüzlərlə sənət əsəri yaratmaq olar”.

İnqilabın Rəhbəri Müqəddəs Müdafiənin əzəmətini göstərən dördüncü məsələdən danışarkən xalqın və ölkənin çoxlu sayda misilsiz nailiyyətlərinin olduğunu dedi.

O bildirdi ki, ərazi bütövlüyünün qorunması və hətta bir qarış torpağın da əziz İrandan ayrılmaması bu nailiyyətlərdəndir: “Xalqın böyük potensiallarının üzə çıxması Müqəddəs Müdafiənin çox mühüm nəticələrindəndir. Əslində, xalq böyük güclərdən asılı olan pəhləvi və qacarlar kimi ünsürlərin təbliğat və təlqinlərinin əksinə olaraq öz əzəmətini və potensialını Müqəddəs Müdafiə güzgüsündə kəşf edib özünə inandı. Buna görə də bütün düşmənlər səkkiz il ərzində ona qarşı əlbir olsalar da, heç bir “qələt” edə bilmədilər”.

O qeyd etdi ki, minlərlə gəncin istedadlarının çiçəklənməsi Müqəddəs Müdafiənin şövq yaradan digər gerçəkliklərindəndir: “Bu məsələləri əsas götürərək əminliklə vurğulayıram ki, ölkənin gəncləri bütün problemləri həll edə bilərlər”.

İnqilabın Rəhbəri vurğuladı ki, səkkiz illik məcburi müharibənin nəticələrindən biri İranın təhlükəsizliyinin təmin edilməsidir: “Ölkə hamının cani könüldən həyata keçirdiyi müdafiə sayəsində ehtimal olunan çox hücumlardan sığortalanmışdır. Belə ki, dəfələrlə hərbi variantın masa üzərində olduğu səsləndirilsə də, heç bir hərəkət baş vermədi. Çünki İran xalqı müharibədə tanınıb. Onlar bilirlər ki, hər hansı hərəkəti başlatsalar, onu tamamlayan biz olacağıq”.

O, səkkiz illik müharibədə güc, qüdrət və geniş imkanların, yüksək zəka, təşəbbüskarlıq, dünya gücləri üzərində qələbə imkanının üzə çıxdığını vurğulayaraq dedi: “Bu milli potensiallar üzə çıxdıqda digər sahələrdə qələbə və inkişafa olan ümidi artırır”.

Həzrət Ayətullah Xameneini qeyd etdi ki, İranın coğafi sərhədlərinin, o cümlədən fikir, düşüncə və bilik sərhədlərinin genişlənməsi bu nailiyyətlərdəndir: “Bu çox mühüm nailiyyət nəticəsində müqavimətin qlobal məzmunu formalaşaraq Fələstin, Sriya, İraq və digər regionları əhatə etdi. İran xalqının gördüyü işlər Asiyaın ayrı-ayrı regionlarında, Afrika, və Latın Amerikasında yaşayan xalqlar üçün meyara çevrildi”.

İnqilabın Rəhbəri bildirdi ki, özgüvən mədəniyyətinin aşkara çıxaraq möhkəmlənməsi Müqəddəs Müdafiənin möcüzəsidir: “Dünya hegemonları müxtəlif səbəblərdən mühüm əhəmiyyətə malik olan regionumuza tamah salmış və salmaqdadırlar. Bu səbəbdən də İran İslam Respublikasının mənəvi mövcudluğu və müqavimət mədəniyyətinin yüksəlişi ABŞ-ı və bəzi dövlətləri qəzəbləndirir. Çünki xalqların müqaviməti onların mənfəətpərəst maraqlarına mane olur”.

Həzrət Ayətullah Xamenei ölkə daxilində müqavimət düşüncəsinin inkişafı və möhkəmlənməsinin Müqəddəs Müdafiə illərinin nəticələrindən olduğunu vurğuladı: “Müharibədən otuz dörd il keçməsinə baxmayaraq, müxtəlif hücumlara və fitnələrə məruz qalmaqdayıq. Xalqda müqvimət mədəniyyətinin kök salması səbəbindən bu hücumlar hamısı nəticəsiz qalmışdır”.

İnqilabın Rəhbəri Müqəddəs Müdafiənin böyüklüyünün ayrı-ayrı yönləri ilə bağlı fikirlərini yekunlaşdırarkən dedi: “Müqəddəs Müdafiənin ölkəmiz üzərində hayat haqqı vardır. Amma bir qrup insan ortaya şübhə ataraq təhrif və ya aşkar yalanlarla Müqəddəs Müdafiənin böyüklüyünü sual altına almağa çalışırlar. Təbliğatçılar məcburi müharibənin tarix yaradan gerçəkliklərini yaxşı şəkildə izah və təqdim etməlidirlər”.

O bildirdi ki, istedadlar çoxlu sayda incəsənət işlərinin meydana gəlməsinə, o cümlədən Müqəddəs Müdafiə ilə bağlı filmlərin çəkilməsinə, kitablar və romanların yazılmasına əlverişli zəmin yaradır: “Bu cür işləri görərkən diqqətli olmalıyıq və heç bir səbəb bizi məqsəddən yayındırmamalıdır”.

İnqilabın Rəhbəri çıxışını yekunlaşdırarkən Silahlı Qüvvələrlə bağlı bir neçə məsələyə aydınlıq gətirdi.

O qeyd etdi ki, Silahlı Qüvvələr hər bir cəmiyyətin şərəf və namusudur: “Düşmənin hədəfə aldığı məsələlərdən biri Silahlı Qüvvələri gözdən salmaq, ləkələmək, şərəfinə kölgə salmaqdır”.

Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələrə hörmət göstərilməsinin zəruriliyinə işarə edərək dedi: “Təhlükəsizlik cəmiyyətin və ölkənin hər şeyidir. Əgər o olmasa, iqtisadiyyat v əmin-amanlıq da olmaz. Buna görə də Silahlı Qüvvələrə müxtəlif cəhətlərdən hörmət göstərilməli, varlıqları qənimət hesab edilməli və fəaliyyətləri qiymətləndirilməlidir”.

O vurğuladı ki, Qərbdən fərqli olaraq İslamda qüdrət məntiqi özünü üstün tutub digərlərini alçaltmaq deyil. O, Silahlı Qüvvələrə səslənərək dedi: “İqtidar mehribanlıq və xoş danışıqla heç bir ziddiyyət təşkil etmir. Zati və qanuni güc və qüdrətiniz nə qədər artsa, xalq qarşısında təvazökarlığınız, mülayimliyiniz və Allaha olan diqqətiniz bir o qədər çox olmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda işlərdə Allaha xatirlik niyyətinin olduğu təqdirdə Allahın yardım vədinin gerçəkləşəcəyini vurğuladı: “Allah yolunda Allah üçün iş gördüyümüz təqdirdə - istər anlayaq, istərsə də anlamayaq - şübhəsiz ki, Allah bizə kömək edəcəkdir”.

İnqilabın Rəhbərindən əvvəl Müqəddəs Müdafiənin müxtəlif sahələrinin qabaqcıl və aktiv nümayəndələrindən altı nəfəri çıxış etdi. Doktor Zəhra Bərzgər, dok. Meysəm Salehi, dok. Süməyyə Borucerdi, Səid Əllamiyan, Fəranək Cəmşidi və Heydər Parsa ölkədə mövcud olan problemlərin həllində Müqəddəs Müdafiə modelindən faydalanmanın zərurəti, şəhidlərin həyatı və fədakarlıq mədəniyyətinin təbliği, İranlı – İslam həyat tərzinin qorunması, dəyərlərin gənc nəsillərə bədii şəkildə çatırılması, habelə Müqəddəs Müdafiənin ümumi elmi rolunun tədqiqinin zəruriliyi mövzusunda çıxışlar etdilər.

Müqəddəs Müdafiə Abidələri və Dəyərlərinin Mühafizəsi Fondunun prezidenti general Bəhmən Kargər bu fondun fəaliyyətləri və proqramları, o cümlədən Müqəddəs Müdafiə sahəsinin qabaqcıl fəallarının yüksək qiymətləndirilməsi, “İnkişaf yolçuları” sahəsində işıq yolçuları modelinin təbliği ilə bağlı məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /