Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin və Qəzza İslamın qüdrətinin simvoludur

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan əvvəl Nigeriya İslami Hərəkatının lideri İbrahim Zəkzaki və həyat yoldaşı ilə görüşdə ona və ailəsinə göstərdikləri mücadilələrə görə təşəkkür edərək, genişmiqyaslı planların olmasına baxmayaraq, İslamın dünyada günbəgün artmaqda olan qüdrətinin mücadilələrin nəticəsi olduğunu dedi. O, işğal altında olan Fələstin, xüsusilə Qəzzadakı şəraitə işarə edərək dedi: “Bu gün İslamın qüdrətinin simvollarından biri Fələstində baş verən hadisələrdir”.

O vurğuladı: “Fələstində baş verən son hadisələr, xüsusilə bombalar yağdırılması, qadınlar, uşaqlar və kişilərin şəhid edilməsi insanın ürəyini yaralayır. Amma bu hadisələrin digər tərəfi İslamın Fələstindəki inanılmaz qüdrətini göstərir. Allahın lütfü və yardımı ilə Fəlsətində başlamış bu hərəkət irəliləyəcək və fələstinlilərin tam qələbəsi ilə nəticələnəcək”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İslam dünyasında hamının Fələstin xalqına kömək etmək vəzifəsi var”.

Həzrət Ayətullah Xamenei yüzilliklər sonra İranda İslam dövlətinin yaradılması və siyasi İslam təfəkkürü üzərində bir hökumət formalaşdırılmasının İslamın qüdrətinin təzahürlərindən biri olduğunu dedi: “İslam Respublikası yaradıldığı vaxtdan bu günə qədər günbəgün güclənmiş, gələcəkdə də indikindən güclü olacaq”.

O, İslam dünyasındakı fəaliyyətlərin hər gün inkişaf etməkdə olduğunu bildirdi: “Bu gün islami hərəkət dünyanın Afrika, Asiya, Avropa, Şimali Amerika kimi müxtəlif regionlarında inkişaf etməkdədir. Allahın yardımı ilə bu hərəkətin uğurları daha böyük qüdrətlə davam edəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində Şeyx Zəkzaki və onun ailəsi ilə olan görüşün çox sevindirici olduğunu qeyd etdi: “Siz Allah yolunun həqiqi mücahid nümunələrisiniz. Cihadınızı davam etdirəcəyinizə ümidvarıq”.

Nigeriya İslami Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı da bu görüşdən çox məmnun olduqlarını bildirərək hisslərini sözlə ifadə edə bilmədiklərini dedilər: “Ümidvarıq ki, zat alinizin duaları, müsəlmanların səyləri və mücadilələri sayəsində İslam günbəgün daha da inkişaf edəcəkdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /