Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qəzzada cinayətlər dayandırılmasa, müqavimətin qarşısını almaq olmayacaq

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər ölkənin minlərlə yüksək elmi istedadlı elitası ilə görüşdə onlardan yeni və innovativ bir elmi hərəkət, elmi-akademik mərkəz və mühitlərdə innovativ fəaliyyətlərin yeni bir fəslinə keçid edilməsini istədi.

Həzrət Ayətullah Xamenei habelə sionist rejimin Qəzzada Fələstin xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə işarə edərək bombardmanın dərhal dayandırılmasının zəruriliyini vurğuladı.

O, sionistlərin fəaliyyətlərinin siyasi idarəçiliyində amerikalıların hiss olunan rolunun olduğuna işarə edərək dedi: “Müsəlman xalqlar, hətta dünyanın qeyri-müsəlman əhalisi işğalçı rejimin cari cinayətlərinə görə qəzəblidir. Əgər bu vəhşiliklər davam edərsə, dünya müsəlmanları və müqavimət qüvvələri dözümsüzlük göstərəcək və artıq heç kəs onların qarşısını ala bilməyəcək”.

İnqilabın Rəhbəri bildirdi ki, Fəlsətində cərəyan edən hadisələr sionist rejimin bütün dünyanın gözü önündə açıq-aşkar həyata keçirdiyi soyqırım cinayətidir: “Bəzi ölkə rəhbərlərinin bizim dövlət rəhbərləri ilə danışıqları zamanı etirazları bu olub ki, nə üçün fələstinlilər sivil insanları öldürüblər? Bu, reallığı əks etdirmir. Çünki qəsəbələrin sakinləri sivil deyil, silahlıdırlar. Hətta sivil olduqlarını fərz etsək belə, onlardan neçə nəfər sivil ölüb, fələstinlilərdən neçə nəfər sivil şəhid edilib?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qəsbkar rejim bu bir neçə gündə onlardan yüz dəfə çox, yəni neçə min sivil qadın, uşaq, qoca və gənci qətlə yetirib. İnsanların sıx olduğu mərkəzləri, sivil insanların yaşadığını bildikləri binaları bombalamaqla dünyanın gözü önündə cinayət törədirlər”.

O vurğuladı ki, qəsbkar sionist rejim bu cinayətlərinə görə mütləq mühakimə olunmalıdır və ABŞ qəsbkar rejimin siyasətlərinə görə məsuliyyət daşıyır: “Əldə edilmiş ayrı-ayrı məlumatlara əsasən, sionist rejimin bu günlərdəki siyasətlərinin müəllifi və tənzimləyicisi amerikalılardır. ABŞ bu hadisədə məsuliyyət daşıyır və öz məsuliyyətini etiraf emtəlidir”.

Bombardmanın dərhal dayandırılmasının zəruriliyini vurğulayan İnqilabın Rəhbəri qeyd etdi ki, İslam ölkələrində müsəlmanların, hətta ABŞ və Avropada qeyri-müsəlmanların təşkil etdikləri aksiyalar xalqların sionist rejimin cinayətlərinə görə qəzəbləndiklərini göstərir: “Əgər bu cinayətlər davam etsə, müsəlmanlar və müqavimət qüvvələri dözümsüzlük edəcək və artıq onların qarşısını heç kəs ala bilməyəcək. Bu gerçəyi bilməlidirlər və artıq bundan sonra “Filan qruplaşmanın filan işi görməsinə imkan verməyin” kimi gözləntiləri olmamalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, sionist rejim hər nə etsə də, bu hadisədəki biabırçı məğlubiyyətinin əvəzini çıxa bilməyəcək”.

Bu görüşün əvvəlində Həzrət Ayətullah Xamenei 7 nəfər elitin avtomobil, kvant texnologiyası, kənd təsərrüfatı, havanın çirkləndirilməsi ilə mübarizə, iqtisadi-sosial ədalət, ənənəvi təbabət və ölkənin elm təməlli ekosistemi ilə bağlı çıxışlarından sonra aidiyyəti qurumların elitlərin qabartdıqları məsələlərə diqqət yetirməsi və icraçı qüvvənin onları nəzarətə götürməsinin, elit cəmiyyətin hökumətin müxtəlif səviyyələrdəki gənc müdirləri ilə əlaqəsinin zəruri olduğunu dedi.

O, iyirmi il bundan əvvəl akademik mühitlərdə elmi sıçrayışın, səmərəli prosesin başladığına işarə edərək dedi: “Ölkənin elmi inkişaf sürətinin artaraq dünyanın orta inkişaf sürətindən 12 dəfə böyük bir sürət həddinə nail olması həmin prosesin bərəkətli nəticələrindəndir. Hal-hazırda elitlər, tələbələr, ölkənin elmi-akademik mərkəzləri özlərini yeni bir sıçrayışa, elmi innovativ prosesin yeni bir fəslinə hazır etməlidirlər”.

İnqilabın Rəhbəri bəzi region dövlətlərində elmi prosesin İranın elmi inkişafını gördükdən sonra baş verdiyini dedi: “Əvvəlki prosesin nəticələri ilə qürurlanmamalı və dünyanın cari elmi yarışından geri qalmamalıyıq. Çünki bütün nailiyyətlərə baxmayaraq, hələ də elmi cəhətdən geriyik”.

Həzrət Ayətullah Xamenei Əmirəl-mömininin (ə) elmin qüdrəti ilə bağlı buyrduğu “Elm sultandır” kəlamına işarə edərək dedi: “Buna görə də ölkəni dünyanın ümumi xəsarətlərindən qorumalı, bunun üçün elmi nailiyyətlər əldə edilməsi istiqamətində ciddi cəhdlə çalışmalıyıq”.

İnqilabın Rəhbəri hökumətin maddi investisiyası, özəl sektorun investisiyası, problemlərin həllinə istiqamətlənən həll yollarının tapılması və innovasiyaları əhatə edən elmi mühitlərin investisiyalarının elit və elmi cəmiyyətin yeni prosesinin zəruri cəhətlərindən olduğunu dedi: “Hökumət, məsul şəxslər və ölkənin gənc müdirlərinin əməkdaşlığı və bütün elit insanların səylərindən istifadə edərək bu yeni sıçrayışı gerçəkləşdirmək lazımdır”.

O, ölkənin gələcəyinin parlaq və ümidverici olduğunu dedi: “Təcrübə bizə deyir ki, indiki mövcud şəraitdən maksimum dərəcədə isitfadə etməli, ölkədə mövcud olan infrastruktur, iradə və imkanlara əsaslanaraq yüksəliş xəttini qüdrətlə inkişaf etdirməliyik”.

İnqilabın Rəhbəri qeyd etdi ki, iradənin olmaması, məyusluq və öz bacarığına etimadsızlıq hər bir xalqın inkişafına mane olan amillərdəndir. O, tağut dövrünün baş nazirlərindən birinin İran xalqının saxsı aftafa və ya aftafa lüləsi belə düzəldə bilməyəcəyi ilə bağlı təhqiramiz fikirlər səsləndirdiyini vurğulayaraq dedi: “Tağut dövründə inkişafa mane olan, geriləmənin davam etməsinə səbəb olan bütün amillər cəm olmuşdu. Amma bu gün Allahın lütfü ilə həm iradə və hərəkət gücü, həm də elmi inkişaf var”.

O, bir neçə milyonluq təhsilli gəncin və tələbənin böyük və qiymətli sərvət olduğunu dedi: “Bu gənclərin çoxu böyük maraq və yüksək əhval-ruhiyyə ilə probelmlərin həlli üçün təkliflər verirlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, istəmək və bacarmq hal-hazırda ölkənin iki gerçəyidir: “Əgər məsul şəxslər, elmi mərkəzlər və elitlər bu fürsətdən istifadə etməsələr, İrana və ölkənin tarixinə qarşı haqsızlıq olacaq”.

Həzrət Ayətullah Xamenei elmin də bütün sərvətlər kimi məsuliyyət tələb etdiyini dedi: “Hər hansı elm sahəsində yüksək bilik əldə etmiş və müəyyən bir dərəcəyə yüksəlmiş hər kəs həm elmindən, həm də həmin elm vasitəsilə cəmiyyət arasında qazandığı etibardan xalqa xidmət istiqamətində isitfadə etməlidir”.

İnqilabın Rəhbəri Əmirəl-mömininin (ə) alimlər və elm adamlarınının zalımı tanımaq və zalıma qarşı məzlumu qorumaq öhdəliyi ilə bağlı qeyd etdiyi kəlama istinad edərək dedi: “Sionist rejimin Qəzzada törətdiyi cinayətlərə münasibət bildirmək Allahın alimlər üzərinə qoyduğu öhdəlikdir”.

İnqilabın Rəhbəri çıxışının davamında universitetlərin elmi heyətlərinin üzvlərinin elmi inkişafının elmi məqalələrlə şərtlənməsi prosesində islahatlar aparılmasının zəruriliyi ilə bağlı xəbərdarlıqlarına işarə edərək bu məntiqsiz prosesin davamlılığını tənqid etdi: “Məqalə yazmaq, dünyanın elmi jurnalları və mərkəzlərində mötəbər məqalələr və araşdırmalar dərc etdirmək, beynəlxalq elmi müsabiqələrdə iştirak etmək yaxşı işdir, mütləq olmalıdır. Amma elmi heyətin üzvlərinin bu məsələ ilə şərtləndirilməsi məntiqli deyil”.

O əlavə etdi: “Əlbəttə, yaxşı elmi məqalələr ölkənin elmi şöhrəti və etibarının yüksəliş səbəbidir. Ölkənin elmi rəhbərliyi bu yüksəliş üçün uyğun yollar tapmalıdırlar ki, ölkənin elmi dərəcəsi dünya sıralanmasında tənəzzülə uğramasın”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, elmi məqalələr dərc etdimrək, araşdırmalar aparmaq və dissertasiya işləri yazmaqda məqsəd ölkənin problmelərinin həllinə kömək emtək olmalıdır: “Səhiyyə, gigiyena, mənzil, təhlükəsizlik, qidalanma, ailə, ekologiya, hökumət strukturlarında islahat aparılması və beynəlxalq əlaqələr ölkənin probelmlərindəndir. Güclü elmi araşdırmalar onların həlli yoluna təmərküzləşməlidir. Bu sahədə qəzet fəaliyyətləri və jurnalist qeydləri ilə kifayətlənmək olmaz”.

İnqilabın Rəhbəri çıxışının sonuncu hissəsində məsul şəxslərin elit qarşısındakı vəzifələrinə aydınlıq gətirdi: “Məsul şəxslər elə davranmalıdırlar ki, elit faydalı olduğunu hiss etsin”.

O bildirdi ki, elitlərin vətəni tərk etməsinin səbəblərindən (bəzən bu barədə şişirtmələr də edilir) biri onların özlərinin faydasız hesab etməsidir: “Məşğulluq imkanı və araşdırmaların davam etdirilməsi imkanı elitin ölkənin rəhbər qurumlarından təvəqqesidir. Onlar üçün bu iki imkan yaradılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elm təməlli şirkətlərin yaradılması ölkənin elmi və iqtisadi inkişaf və yüksəliş səbəblərindən, eyni zamanda elitlərdə faydalılıq hissi yaşamasına səbəb olan amillərdəndir: “Elm təməlli şirkətləri gücləndirin. Gücləndirmə yollarından biri dövlət idarələri və şirkətlərinin idxalatdan və bənzəri ölkədə istehsal edilən xarici məhsulları almaqdan tamamilə çəkinməsidir”.

İnqilabın Rəhbərindən əvvəl elitlərdən yeddisi çıxış etdi. Çıxışçılar bunlardır:

Şərif Universitetinin aerokosmik ixtisası üzrə doktoru, avtomobil və dəmiryolu sənayesi üzrə tədqiqatçı Seyid Mustafa Mehdi;

Əllamə Təbatəbai adına Universitetin İqtisadi Hüquq fakültəsinin tələbəsi və Elitlər Fondu layihəsinin mükafatçısı Şükufə Əhmədi;

Azad İslam Universitetinin Elmlər və Tədqiqatlar bölməsinin fizika sahəsi üzrə doktoru, ABŞ Kimya Cəmiyyətinin ən çox istinad edilən alimlərindən yüzdə biri Şəhram Süleymani;

Tehran Universitetinin Kənd Təsərrüfatı fakütləsinin Elmi Heyətinin üzvü, Əlborz əyalətinin İdarəetmə və Qanunverici Beyin Mərkəzinin müdiri Hamid Rəfii;

Xacə Nəsir Universitetinin Elmi Heyətinin üzvü Elitlər Milli Fondunun elmi mükafatçısı Məryəm Zare;

Tehran Tibb Elmləri Universitetinin Ənənəvi Təbabət ixtisası üzrə doktorantı, ölkənin ənənəvi təbabət ixtisası üzrə üstün tələbəsi Məhəmmədsadiq Adil Mehriban;

Tehran Universitetinin enerjinin modelləşdirilməsi ixtisası üzrə doktoru, enerji sahəsi üzrə tədqiqat layihələrinin icraçısı Səid Vidadi Kəlantəri.

Çıxışçılar öz çıxışlarında aşağıdakı mövzular üzrə təklif və tənqidlərini irəli sürdülər:

- Elm təməlli şirkətlərin avtomobil sahəsi üzrə funksinollığının mexanizmi;

- Məhrum regionların məhrumiyyətdən çıxarılması siyasətlərinin icrasının yaxşılaşdırılması;

- Dövlətin kvant və çip sənayesi texnologiyaları kimi strateji və güc gətirən texnologiyalar sahəsinə investisiya yatırmı etməsinin əhəmiyyəti;

- Kənd Təsərrüfatı siyasətlərinin problemləri, elmi qurumların və akademik subyektlərin bu sahədəki iştirakı prosesində islahat aparılması;

- Havanının çirkənldirilməsinə nəzarət sahəsinin gündəliyinin yenilənməsi və enerji sahəsi üzrə subsidiyaların bölüşdürülməsi sistemində islahat aparılması;

- Ənənəvi təbabətin və dərman bitkilərinin qlobal mövqeyinin əhəmiyyəti, İranın nisbi üstünlükləri, bu sahənin xidmətləri və məhsullarının dünya bazarı;

- Ana sənayelər və elm təməlli şirkətlərin əlaqələrinin aktiv inkişafı.

Görüşün əvvəlində prezidentin elm təməlli iqtisadiyyat, elm və texnologiya məsələləri üzrə müavini, Milli Elit Fondunun direktoru cənab Dehqan Firuzabadi on üçüncü hökumətin dövründə bu fondun sinfi bir qurumdan ölkənin problemlərinin həlli istiqamətində effektiv bir mərkəzə çevrildiyini vurğulayaraq elm təməlli şirkətlərin iqtisadi perspektivinin artması, texniki inkişaf qərargahlarının təkrar layihələndirilməsi, elm təməlli konsersiumlar modelinin icrası, elm təməlli şirkətlərə əsaslanan böyük hərəkətverici layihələrin icra edilməsi zərurəti, bu sahənin şirkətlərinin investisiyalarına əsaslanan elm təməlli iqtisadiyyat bankının yaradılmasının məqsəd seçilməsi ilə bağlı məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /