Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnkişafın yolu innovativ elmi fəaliyyətdən, qətiyyət və imandan keçir

Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin bu gün (bazar günü) səhər Aşura Aerokosmik Elmlər və Fənlər Universitetində İslam İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin son nailiyyətlərinin nümayiş etdirildiyi sərgidə 1,5 saatlıq iştirakı oldu.

“İdeyadan Tamamilə İran Məhsuluna qədər” adı altında raket, pua, müdafiə və kosmik sistemlərin nümayişini ehtiva edən sərgidə SEPAH-ın Aerokosmik Qüvvələrinin gənc alim və mütəxəssislərinin yeni nailiyyətləri nümayiş etdirilirdi.

İslam İnqilabının Rəhbərinin iştirak etdiyi bu sərgidə “Fəttah 2” hipersonik kruiz raketinin, “Mehran” Mobil Müdafiə Sisteminin, Təkmilləşdirilmiş “9 Dey” Sisteminin, habelə “Şahid 147” PUA-sının təqdimatı da oldu.

Peykdaşıyıcı raket və kosmosa peyk göndərilməsi sahəsində əldə edilmiş son nailiyyətlərin sərgisi də buraya daxil idi.

Həzrət Ayətullah Xamenei SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətləri və bacarıqlarına baxış keçirdikdən sonra Aşura Aerokosmik Elmlər və Fənlər Universitetinin rəhbər şəxsləri və komandirləri qarşısında çıxış edərək bu sərginin xoş və arzuolunan olduğunu dedi. O, çıxışı zamanı qeyd etdi ki, sərginin ən mühüm cəhəti ehtiyacların düzgün təyin edilməsi, elmi araşdırmaların ehtiyaclar üzərində təmərküzləşməsidir.

O bildirdi ki, bu cür elmi nailiyyətlərin əldə edilməsi qətiyyət və imana əsaslanan istəkdən qaynaqlanır: “Gənclərimiz qətiyyət və imanla baş vurduqları bütün sahələrdə böyük işlərə imza ata biliblər. Bu sərgidə də qətiyyət və imanın əlamətləri tam müşahidə edilməkdədir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, SEPAH-ın Aerokosmik sərgisinə xas olan cəhətlərdən başqa birisi innovasiyadır: “Müvəffəqiyyətlərin indiki səviyyəsi ilə razılaşmaq olmaz. Çünki dünyanın hərbi və qeyri-hərbi sahələrində davamlı inkişaf və dinamiklik var. Biz çalışmalıyıq ki, geri qalmayaq”.

Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələr kompleksindəki hərəkət və inkişafın sürətli və arzuolunan olduğunu vurğulayaraq, sürətin aşağı düşməməsinin zəruriliyini dedi: “Ölkənin bəzi sahələrində vəziyyətimiz çox yaxşıdır. Amma bəzi sahələrdə yaxşı deyil, çatışmazlıq və nöqsanlar var. Həmin sahələrdə də ehtiyaclar müəyyən edilərək ehtiyacların təmin edilməsi istiqamətində hərəkət edilməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir hissəsində Fələstində baş verən hadisələrə və sionist rejimin Qəzzada törətdikləri cinayətlərin davam etdirilməsinə işarə edərək dedi: “Qəzza hadisələri bir çox gizli qalan həqiqətləri dünyaya açıb göstərdi. Bu həqiqətlərdən biri Qərb dövlət başçılarının irqçiliyə tərəfdarlıq etməsidir”.

Həzrət Ayətullah Xamenei sionist rejimin irqçiliyin simvolu olduğunu dedi: “Sionistlər özlərini üstün irq, digər xalqları isə aşağı irq hesab edir, bu səbəbdən də heç bir vicdani narahatlıq keçirmədən neçə min uşağı qətlə yetiriblər”.

O vurğuladı: “ABŞ prezidenti, Almaniya kansleri, Fransa prezidenti və İngiltərənin baş naziri bütün iddialarına baxmayaraq, irqçi bir rejimi dəstəkləyib ona kömək edirlər. Bu cənabların irqçiliyin tərəfini tutması dünyanın ən mənfur məsələlərindəndir”.

İslam İnqilabının Rəhbəri dedi: “Avropa və Amerika əhalisi də bu vəziyyətlə bağlı vəzifələrini aydınlaşdıraraq irqçilik tərəfdarı olmadıqlarını göstərməlidir”.

Həzrət Ayətullah Xameneinin Qəzza hadisələri ilə bağlı toxunduğu başqa bir məsələ sionist rejimin hərbi əməliyyatlarının uğursuzluğu məsələsi oldu.

O dedi: “Sionist rejim Qəzzaya o qədər bomba yağdırmasına baxmayaraq, bu vaxta qədər uğur əldə edə bilməyib. Çünki ilk başlayanda dedilər ki, məqsədləri HƏMAS və müqaviməti məhv etməkdir. Amma 40 gündən artıq vaxt keçməsinə və bütün hərbi imkanlarından istifadə etmələrinə baxmayaraq, bu məqsədlərinə nail ola bilməyiblər”.

İslam İnqilabının Rəhbəri Qəzzada xəstəxanaların vəhşicəsinə bombardman edilməsi, qadınlar və uşaqların qətlə yetirilməsinin sionist rejimin rəhbərlərinin öz məğlubiyyətlərindən qəzəbləndiklərini göstərir: “Sionist rejimin Qəzzada məğlubiyyətə uğraması bir reallıqdır. Xəstəxanalara və mülki evlərə soxulmaq qələbə deyil. Çünki qələbə qarşı tərəfi məğlub etməkdir. Sionist rejim isə hələ də buna nail ola bilməyib, heç gələcəkdə də ola bilməyəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu bacarıqsızlıq sionist rejimin hüdudlarını aşır: “Bu bacarıqsızlıq ABŞ və Qərb dövlətlərinin də bacarmaması deməkdir. İndi dünya çox böyük və mütərəqqi hərbi imkanlara malik olan bir rejimin həmin imkanlardan heç birinə malik olmayan bir qüvvə üzərində qələbə çala bilməməsi həqiqətinə şahidlik edir”.

O, habelə müsəlman ölkələrinin vəzifə və fəaliyyətlərinə də toxunaraq dedi: “Bəzi İslam ölkələri beynəlxalq iclaslarda üzdə sionist rejimi qınayırlar. Bəziləri də var ki, hələ də qınamayıblar. Bu, qəbulolunmazdır. Əsl iş sionist rejimin həyati damarlarını kəsməkdir. İslam ölkələri enerji və məhsulların bu rejimə çatdırılmasına mane olmalıdırlar”.

İslam İnqilabının Rəhbəri dedi: “İslam ölkələri ən azı müəyyən müddətə qədər sionist rejimlə olan siyasi əlaqələrini kəsməlidirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Xalqlar öz aksiya və yürüşlərinə davam etməli, Fələstin xalqının məzlumiyyətinin unudulmasına imkan verməməlidirlər”.

O, çıxışının sonunda dedi: “Allahın vədinə bizim yəqinimiz var. Gələcəyə də ümidliyik. Öz vəzifəmizə əməl edəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /