Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci matəm gecəsi

İslam İnqilabının Rəhbəri və bir qrup insanın iştirakı ilə bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş birinci matəm mərasimi keçirildi.

Mərasimdə beynəlxalq səviyyəli Quran qarisi cənab Məhəmmədrza Purzərgəri Allahın uca kitabından ayələr oxudu. Ondan sonra çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi Qurani-Kərimin “Allah yolunda qiyam” mövzusundan bəhs edən ayələrindən birinə izah verərək Həzrət Zəhranın (s.ə) bütün aydınladıcı sosial, mədəni və siyasi sahələrdə Allah üçün edilən qiyamın ən kamil nümunəsi olduğunu dedi.

Mərasimdə habelə cənab Mehdi Səmavati “Təvəssül duası” oxudu. Ondan sonra cənab Mehdi Rəsuli Siddiqeyi-Kübraya (s.ə) həsr edilmiş rövzə və mərsiyə oxudu.

Bu il bəzi yolxucu xəstəliklərin yayılması səbəbindən və Səhiyyə Nazirliyinin gigiyenik qaydalara riayət edilməsi ilə bağlı israrları nəzərə alınaraq İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil edilən mərasimlər ötən illərdə olduğu kimi bir qrup matəm iştirakçısı, o cümlədən dəyərli şəhid ailələrinin iştirakı ilə keçirilir. Mərasimdə iştirak etmək istəyində olan hər kəsə evsahibliyi etmək imkanlar xaricindədir.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /