Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

22 bəhmən yürüşündəki izdiham milli iqtidarın göstəricisidir

İslam İnqilabının Rəhbəri bu gün səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyəti və komandanlarından bir qrupu ilə görüşdə Humafəranın bir qrup təmsilçisinin İmam Xomeyni ilə olan 19 bəhmən 1357-ci il tarixli beyətinin inqilabı sürətləndirdiyini dedi.

O, cəmiyyətdə xüsusi mövqeyə malik olan insanların - düzgün tanıma və təyinatla vaxtında cəsarətli addım atan şəxslərin - sürətləndirici roluna aydınlıq gətirərək dedi: “İnqilabın hədəf və məqsədlərinin gerçəkləşdirilməsi istiqamətində lazım olan sürətin yaradılmasında ictimaiyyətdə xüsusi mövqeyə malik olan insanların üzərinə ağır vəzifə düşür”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, əhalinin 11 isfənd seçkilərindəki izdihamlı iştirakı milli iqtidarın və təhlükəsizliyin zəmanətçisidir: “Allahın lütfü ilə xalq 22 bəhmən ümumrespublika nümayişində geniş və izdihamlı iştiraka imza atacaq və İnqilabın müdafiəsinə qalxaraq İmam Xomeyniyə olan sədaqətlərini nümayiş etdirəcəklər”.

Ali Baş Komandan qeyd etdi ki, 49 il bundan əvvəl Humafəran və Hərbi Hava Qüvvələrindən olan bir qrup insanın İmam Xomeyniyə etdikləri heyrətamiz beyət sonsuz dərs və ibrətlərlə doludur: “Hərbi Hava Qüvvələri fədakarlıq etdi, ixlaslı və cəsarətli addım ataraq İnqilaba qoşulmaqda önə keçdi. Sonrakı günlərdə şahın qvardiyasının Tehranda yerləşən Hərbi Hava Qüvvələrinin Qərargahına hücumunun qarşısında dayanaraq xalqda, xüsusilə gənclərdə ümid və şövq yaratdı, hər kəsi küçələrə axışmağa sövq etdi, İnqilabın 22 bəhmən tarixli qələbəsində çox mühüm bir sürətləndirici rol oynadı”.

İnqilabın Rəhbəri İnqilabın qələbəsindən bir neçə ay sonra Hərbi Hava Qüvvələri nəzdində yaradılmış özünütəmin təşkilatının formalaşmasına işarə edərək dedi: “Sözügedən iqtidar, şücaət ruhiyyəsi və mənəvi güc HHQ-nin özünütəmin cihad təşkilatının formalaşmasında qabaqcıl və sürətləndirici rol ifa etməsinə səbəb oldu”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, tağut rejimin hakimiyyəti dövründə HHQ komandanlıq, siyasi idarəetmə və təchizat baxımından tamamilə amerikalıların tabeçiliyində idi: “Mömin və inqliabçı şəxslər özünütəmin cihadı ilə HHQ-ni ABŞ-ın mülkiyyətindən çıxarıb tam şəkildə iranlı bir qüvvəyə çevirdi. Bununla da özünün aparıcı və dəyişdirici gücə malik olduğunu göstərdi”.

O, sürətləndirici ünsür və komponentlərin inqilabların, cəmiyyətin böyük və məqsədyönlü hərəkatlarının davamlı ehtiyaclarından olduğunu dedi: “Tarixi təcrübələr göstərir ki, böyük hərəkatlar tədricən böhran yaşayır, zəifləyir, hətta geriləməyə məruz qalır. Belə destruktiv bəlanın qarşısını almaq üçün sürətləndirici fəaliyyətlərə ehtiyac var”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İslam İnqilabının bəzi daxili cazibələri, o cümlədən zülm və zalımla mübarizə, beynəlxalq quldurlarla mübarizədə dayanıqlıq, insanların dünyası və ölkənin gələcəyinə diqqət, eyni zamanda mənəviyyata, dini mərasim və ayinlərə tam şəkildə diqqət yeni cücərənlərin tökülənlərin yerini tutmasına səbəb olur: “Bu zati cazibələrin olmasına baxmayaraq, İnqilabın və ölkənin böyük işlərin həyata keçirilməsində axsama və zəfiləməyə məruz qalmaması üçün sürətləndiricilərə ehtiyacı var”.

Həzrət Ayətullah Xamenei cəmiyyətdə xüsusi mövqeyi olan insanların həqiqi sürətəndiricilər olduğunu vurğulayaraq dedi: “Cəmiyyətdə xüsusi mövqeyi olan insanlar deyilərkən sırf adlı-sanlı insanlar nəzərdə tutulmur. Xüsusi mövqeyi olanlar xalqın bütün sinif və təbəqələri arasnda fikir, düşüncə və müəyyənləşdirmə gücü ilə əməl edən, heç bir mühitin təsirinə məruz qalmadan, cəsarətlə və vaxtında hərəkət edərək öz vəzifələrinə əməl edənlər nəzərdə tutulur”.

O əlavə etdi: “Alimlər, tələbələr, siyasətçilər, ticarətçilər, jurnalistlər, hərbiçilər və bütün digər siniflər arasında məsələləri anlayaraq, dost və düşmən cəbhəsini dəqiq tanıyaraq adekvat davranan hər kəs ictimai mövqeyi olan xüsusi insanlar hesab edilir”.

İnqilabın Rəhbəri həssas məqamlarda xüsusi insanların üzərinə ağır və həlledici vəzifə düşdüyünü dedi: “Xüsusi insanlar cəmiyyətin ümumi hərəkətini qorumalı, bu hərəkətin əsas yoldan sapmasına imkan verməməlidirlər. Əgər bu vəzifəni unutsalar, tarixi zərbələrlə müşayiət olunan hadisələr baş verəcəkdir”.

O, bəzi xüsusi insanların Siffeyn döyüşündəki tərəddüdü, bəhanələri, xəyanəti və hiyləsinin İslam tarixindəki ziyanverici qəflətlərdən olduğunu dedi: “İslam tarixində xüsusi insanların lazım olan anda tərəddüd etdiklərini, yubandıqlarını, tənbəllik etdiklərini, bəzi məqamlarda xəyanət etdiklərini, vaxtında hərəkət etmədiklərini və bu qəflətlərin digərlərinə və sosial mühitdən təsirlənən cəmiyyətə mənfi təsir göstərdiyini ehtiva edən nümunələr çoxdur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmən cəbhəsininn xüsusi insanlarla bağlı xüsusi planları var: “Düşmən istəyir ki, xüsusi insanlarda tərəddüd yaransın, başları qarışsın, dünyanın şirinliyənə aldansınlar, nəticədə həssas məqamlarda lazım olan işi yerinə yetirməsinlər və sürətləndirici rollarını ifa etməsinlər”.

O bildirdi ki, xüsusi mövqeyə malik olan insanların bu plan qarşısındakı vəzifəsi aydınlatma cihadı, bədxahların şübhə və tərəddüd yaradan fəaliyyətlərini neytrallaşdırmaqdır: “Qurani-Kərimdə bir mömin kişinin böyük bir rol ifa etdiyi qeyd edilmişdir. Belə ki, o, Allahın üç peyğəmbərinin qətl planına qarşı açıq şəkildə cəsarətlə çıxaraq insanları peyğəmbərlərə itaət göstərməyə dəvət etmiş və öz imanını yüksək səslə elan etmişdir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, xüsusi mövqeyə malik olan insanların vəzifəsi həqiqətləri açıq şəkildə çatdırmaq, ikibaşlı danışmaqdan və şübhə yaradacaq fikirlərdən çəkinməkdən ibarətdir: “Bu gün İslam dünyasının alimlər, siyasətçilər və jurnalistlər sinfinin xüsusi mövqeyə malik olan nümayəndələrinin həlledici rol ifa etməli olduqları ciddi meydan Qəzza məsələsidir”.

O, ABŞ-ın dəstəyi ilə sionist rejimin Qəzzada törətdiyi facilərə işarə edərək bildirdi ki, müsəlman xalqların öz hökumətlərinə qarşı sionist rejimə qəti zərbə endirmək tələbi irəli sürə bilməsi üçün bu həqiqətləri bəyan etmək xüsusi insanların vəzifəsidir: “Qəti zərbə deyilərkən sionist rejimlə müharibəyə girmək deyil, onunla iqtisadi əlaqənin kəsilməsi nəzərdə tutulur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, xalqlar hökumətləri sionist rejimə dəstək verməməyə vadar edə bilərlər: “Bu zalım və canavar xislətli rejim qadın, uşaq və xəstələrin canına bu şəkildə daraşıb, iyirmi neçə min adamı qətlə yetirdiyi halda, bəzi müsəlman ölkələri yenə də ona iqtisadi köməklər edir, hətta onların bəzisinin sionist rejimə silah verdikləri də eşidilir”.

O, ölkə daxilindəki mühüm məsələlərdən danışarkən qeyd etdi ki, isfənd ayında baş tutacaq seçkilər xüsusi insanların rol oynaya biləcəkləri bir meydandır.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, seçkilər nə qədər izdihamlı keçərsə, milli güc və milli təhlükəsizlik təmin olunar və özünü daha açıq şəkildə göstərər: “Xalqın səhnədə olması, dövlətin və ölkənin gücünün müşahidə edilməsi ilə düşmənin təhdidi ortadan qalxır. Çünki milli güc və iqtidar milli təhlükəsizliyi yaradır”.

Həzrət Ayətullah Xamenei 22 bəhmən və İnqilabın qələbəsinin ildönümünün yaxınlaşdığına işarə edərək dedi: “Xalq keçən 45 il ərzində bütün şəhərlərdə və kəndlərdə küçələrə çıxaraq şüarlar verdikləri, öz inqilablarının müdafiəsinə qalxdıqları, böyük İmama tabe olduqlarını və ona beyət etdiklərini elan etdikləri kimi bu il də, inşallah, əziz xalqımız milli iqtidarın əlaməti olan 22 bəhmən yürüşündə izdihamlı iştirak gerçəkləşdirəcəklər”.

Bu görüşün əvvəlində Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həmid Vahidi HHQ-nin Babayi və Səttari kimi şəhidlərin yoluna və məktəbinə sadiq qaldığına işarə edərək bu qüvvələrin keçən bir il ərzində həyata keçirdiyi proqramlar və əldə etdiyi nailiyyətlər haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /