Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilərdə iştirak və milli vəhdəti qorumaq

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə “zəif cəhətləri gücləndirmək, uğur əldə etmək, zəif cəhətləri ortadan qaldırmaq məqsədilə özünə baxış”; “düşmənə olan ayıq və təsirdən kənar baxış”ın iki mühüm və əsaslı vəzifə olduğunu dedi. O, problemlərin həlli və islahat işlərinin aparılması üçün milli vəhdət və 11 isfənd seçkilərinin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq hamını bu mühüm milli hadisədə izdihamlı iştiraka çağırdı; daha yaxşı, etibarlı və sağlam namizədin seçilməsi forması, seçki xoşagəlməzliklərindən çəkinməklə bağlı mühüm nüansları qeyd etdi.

İnqilabın Rəhbəri imperialist cəbhəsinin, şübhəsiz ki, İranın seçkilərinə qarşı olduğunu dedi: “Seçkilər dövlətin cümhuriyyət yönünün təzahürüdür. Bu səbəbdən də dövlətin həm respublika, həm də islami yönünə qarşı olan imperialistlər və ABŞ seçkilərə və insanarın seçki qutuları ətrafındakı izdihamlı mövcudluğuna qarşıdır”.

O, ABŞ-ın sabiq prezidentlərindən birinin İran xalqını seçkilərdə iştirak etməməyə çağırışına işarə edərək dedi: “O prezident özü də bilmədən İrana kömək etdi. Belə ki, xalq inadkarlıq göstərdi və ona qarşı əks mövqe nümayiş etdirərək seçkilərdə həmişəkindən daha çox iştirak etdi. Buna görə də amerikalılar artıq belə sözlər danışmırlar. Amma müxtəlif üsullardan istifadə edərək xalqı məyus etməyə, seçkilərdən uzaqlaşdırmağa çalışırlar”.

İnqilabın Rəhbəri seçkilərin İslam Respublikasının əsas sütunu və ölkənin islah vasitəsi olduğunu dedi: “Hamımız seçkilərdə iştirak etməliyik. Problemlərin həllini və islahatların olmasını istəyənlər bilsinlər ki, ən doğru yol seçkilərdir, seçkilərə üz tutmalıdırlar”.

O, ən yaxşının seçilməsinin zəruri olduğunu dedi: “Keşikçilər Şurasının nəzarətindən keçmiş bütün fərdlər yaxşıdır, amma ağlın hökmünə əsasən, onların arasından daha yaxşısı seçilməlidir. Daha yaxşını tanımaq üçün insanlar bacardıqları qədər araşdırma aparmalıdırlar. Əgər bacarmasalar, etimad etdikləri insanların rəyinə diqqət və əməl etsinlər”.

Həzrət Ayətullah Xamenei qəbul olunan insanlar və xətiblərin vəzifəsinin insanları seçkilərdə iştiraka təşviq etməkdən ibarət olduğunu dedi: “Seçkilər meydanına daxil olmuş şəxslər də təbliğat kompaniyalarında, virtual məkanda əxlaqsızlığa yol verməkdən, bir-birini söyüb təhqir etməkdən, böhtan atmaqdan, qaralama kompaniyalarından, həqiqəti əks etdirməyən yalan məlumatlar verməkdən çəkinməlidirlər. Çünki bu davranışlar ilahi bərəkət və lütfün kəsilməsinə səbəb olur”.

O, məsul şəxslərə qarşı həmişəki tələbin düzgünlük, sağlamlıq və etibarlılıq prinsiplərinə riayət edilməsinin zəruriliyindən ibarət olduğunu vurğulayaraq dedi: “Əlbəttə, bu bir neçə onillikdə - düşmənlərin iddia etdikləri kimi - heç vaxt seçki pozuntusuna yol verilməmişdir. Onların bu iddiaları əsassızdır. İddia edilən bəzi yerlərdə araşdırma aparıldıqdan sonra bəzi pozuntular aşkar edilmişdir. Amma bu pozuntular ümumi nəticələrin dəyişməsinə səbəb olmamışdır. Ölkədə seçkilər həmişə düzgün, sağlam və mətin keçmişdir”.

İnqilabın Rəhbəri İran xalqının vəhdətinin İslam İnqilabının qələbəsi və davamlılığının rəmzi olduğunu vurğuladı: “Gələcəkdə də bu yolu vahid bir yumruq kimi davam etdirməliyik. Siyasi və yanaşma fərqləri İranın düşmən qarşısındakı milli birliyinə təsir göstərməməlidir”.

Həzrət Ayətullah Xamenei 22 bəhmən yürüşündəki iştirakına görə bütün ölkə əhalisinə səmimi qəlbdən təşəkkür edərək dedi: “Xalq bütün irili-xırdalı şəhər və kəndlərdə özünün qətiyyətini, yüksək əhval ruhiyyəsini və inqilabçı qürurunu nümayiş etdirdi, İran xalqının məyusluğunu və 22 bəhmənin unudulmasını istəyənlərə şok yaşatdı”.

O, ümumrespulika yürüşünün təhlükəsizliyini təmin edən fədakarlara təşəkkürünü bildirərək xalqın məzmunlu yürüşünün məsul şəxslərin maraq və ruhiyyəsinin artmasına səbəb olduğunu dedi: “Bu milli iştirak cəmiyyətin, millətin və məsul şəxslərin damarlarına təzə qan əlavə edir”.

İnqilabın Rəhbəri Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixli qiyamının tarix yazan bir hadisə olduğunu dedi: “O hadisə Qum əhalisinin 19 dey tarixli qiyamının nəticəsiz qalmasına imkan vermədi, qiyam ruhiyyəsi və inqilabçı həyəcanını bütün ölkəyə yaymaqla İran tarixində dönüş etdi və İnqilabın 22 bəhmən 1357-ci il qələbəsinə zəmin yaratdı”.

O qeyd etdi ki, vəzifəni vaxtında təyin edib, vaxtında ayağa qalxmaq, vəzifəyə əməl etmək 29 bəhmən Təbriz hadisəsinin iki əsas xüsusiyyətidir: “Təvvabin üzərlərinə düşən vəzifəni vaxtında hiss edib, ona əməl etmədi. Onlar Aşura hadisəsində yox idilər. Bu səbəbdən də gecikmiş qiyamları və şəhadətlərinin tarixi bir təsiri olmadı”.

İnqilabın Rəhbəri vurğuladı ki, Azərbaycan əhalisi tarix boyu, müasir dövrdə və son onilliklərdə qeyrət, eşq, həyəcan və iman simvolu olmuşdur: “Təbrizin 22 bəhmən hadisəsinə xas olan xüsusiyyətlərindən dərs almalıyıq”.

O, 45 illik bərəkətli tarixində İnqilabın hadisələr və fitnələr fırtınası içərisində daha da gücləndiyinə və inkişaf etdiyinə işarə edərək dedi: “İnqilab – millət və dövlət - çətin keçidlərdən keçərək daha da möhkəmləndi, gücləndi, nüfuzedici baxışa və təsirə sahib oldu. Bu gün biz əsas vəzifəmizi vaxtında və yerində dərk edib, vaxtında əməl etməliyik”.

Həzrət Ayətullah Xamenei özünə və düşmənə baxışın hər kəsin əsas vəzifəsi olduğunu dedi: “Özümüzü və düşməni düzgün qiymətləndirməliyik. Vəzifəni unutmaq böyük bir bəladır”.

O qeyd etdi ki, özünü tanımaq deyilərkən güclü cəhətlərin qədrini bilmək, onları qorumaq və gücləndirmək, zəif cəhətləri ortadan qadrmaq və bərpa etmək nəzərdə tutulur: “İnsanlara heç bir haqq və hüquq tanımayan, hörmət etməyən, bir çox hallarda prakitiki olaraq amerikalılaırn və İngiltərə səfirliyinin əmr və istəyi ilə hökmranlıq edən zalım, ədalətsiz, imansız, tamamilə çürümüş monarxiya quruluşunun kökünün kəsilməsi inqilabın ən mühüm nailiyyətidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, müxtəlif elm, texnologiya, müdafiə, tibb və digər sahələrdə milli özünə inam və qüdrət hissinin yaradılması İnqilabın digər mühüm nailiyyətlərindəndir: “Bu özgüvən tağut dövründən fərqli olaraq beynəlxalq arenada, güclü dövlətlər qarşısında da görünür”.

Xüsusilə regionda inqilab düşüncəsi və dəyərlərinin yayılması, qalib bir mədəniyyət kimi Qərb mədəniyyətinin yayılmasının qarşısının alınması istiqamətində nisbi uğur, bütün sahələrdə spontan xalq qrupularının təşkili, xidmətlərin ölkənin bütün regionlarına yayılması, müxtəlif sahələrdə dünya səviyyəli alimlərin yetişdirilməsi İnqilabın uğur və nailiyyətlərini qiymətləndirərkən Rəhbərin işarə etdiyi digər nailiyyətlərdən oldu.

O əlavə etdi: “Bəziləri haqlı olaraq bəzi mütəxəssislərin xaricə getməsindən narahatdırlar. Amma bu məsələnin digər tərəfi də var; İranın qüdrəti mütəxəssis və nüfuzlu şəxslərin ixracı ilə tərənnüm olunur”.

İnqilabın Rəhbəri özünə baxış vəzifəsinin yönlərinin digər hissələrindən, yəni zəif cəhətlərin müəyyən edilib aradan qaldırılmasına səy göstərilməsi məsləsindən danışarkən dedi: “Güclü cəhətlərlə yanaşı, zəif cəhətlərimiz də var və az deyil. Onlardan biri budur ki, biz güclü milli iqtisadiyyat yaradılması məsələsində geriyik. Yaxşı işlər yerinə yetirilməsinə baxmayaraq, İnqilabın ən böyük və uca şüarlarından olan sosial, iqtisadi və məhkəmə ədaləti sahələrində qarşıya qoyduğumuz məqsəddən çox uzağıq”.

Boşanma, narkomaniya, əxlaqi problemlər, habelə islami həyat tərzindən uzaqlıq, o cümlədən israfçılıq və aristokrat həyat tərzi kimi sosial problemlərin kökünün kəsilməsi məsələsində gerilik İnqilabın Rəhbərinin toxunduğu digər zəif cəhətlərdən oldu. O bildirdi ki, qeyd olunan cəhətlərin aradan qaldırılması hər kəsin vəzifəsidir.

O, güclü tərəflərin gücləndirilməsi, zəif cəhətlərin ortadan qaldırılması məsələsində hər kəsin üzərinə düşən vəzifələrə aydınlıq gətirərkən hökumət, parlament və digər rəsmi mərkəzlərin vəzifəsinin möhkəm qətiyyət, davamlı fəaliyyət, sağlam əməl, insanlara qarşı dürüst olmaq, milli maraqların şəxsi maraqlardan üstün tutulması məsələlərindən ibarət olduğunu dedi: “Allaha həmd olsun ki, bu gün hökumətin yüksək fəzifəli məmurları bu xüsusiyyətlərə malikdirlər. Amma sözügedən xüsusiyyətlər hökumətin bütün məsul şəxsləri səviyyəsində yayılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elit şəxslərin vəzifəsi boşluqların, təhlükənin nüfuz edə biləcəyi yerlərin müəyyən edilməsi və bağlanması məsələsində məsul şəxslərə kömək etmək məsuliyyətini hiss etməkdən ibarətdir: “Bu gün çoxlu sayda seçkin gənc hökumət strukturlarında işləyir. Cəmiyyətin aparıcı qüvvəsi olan gənclər sabah müxtəlif meydanlarda olmaq və ağır vəzifələr icra etmək üçün lazımi hazırlığa və səlahiyyətlərə malik olmalıdırlar”.

O qeyd etdi ki, xalqın ümumi vəzifəsi milli birliyi qorumaq, məsul şəxslərə, xidmətçilərə və yaxşı işlərə dəstək verməkdir: “Hər kəs bilsin ki, bu vəzifələri yerinə yetirmək düşmən qarşısında cihaddır. Çünki düşmənlər bu vəzifələrin yerinə yetirilməsini istəmirlər. Buna görə də İslam Respublikasında görülməli olan istənilən yaxşı işə qarşıdırlar”.

İnqilabın Rəhbəri özünə baxış vəzifəsinin yönlərini qeyd etdikdən sonra düşmənə baxış vəzifəsinə də aydınlıq gətirdi: “Düşməni, onun hiyləsini, planını və istifadə etdiyi vasitələri diqqətdən qaçırmamalıyıq. Düşməni zəif və gücsüz hesab etməməklə yanaşı, onun təhdidi, təzyiqi və hay-küyündən də qorxmamalıyıq”.

O bildirdi ki, İranın bədxah düşmənlərinin qəzəbli hiylələləri və təzyiqlərinin səbəbi İslam İnqilabının güclü tərəfləri və nailiyyətləridir: “Düşmənin qarşısında passivləşmək olmaz. Çünki onların siyasətləri rəqiblərini alçaltmaq və təsirə məruz qoymaqdır”.

Bu görüşün əvvəlində Rəhbərin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim çıxış etdi. O, çıxışı zamanı qeyd etdi ki, Azərbaycan əhalisi xalqın inqilabçı mübarizələrinin bayraqdarı olmuş, müxtəlif tarixi dövrlərdə düşmənləri və ixtilafçıları məyus və məğlub etmişdir.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /