Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qəzza əhalisinə və müqavimətə dəstək ən mühüm Quran vəzifəsidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qurani-Kərimin qiraəti və hifzi üzrə 40-cı Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdə Quran maarifinə əməl edilməsinin insan cəmiyyətinin və hər bir fərdin ehtiyaclarının təminatçısı olduğunu dedi. O, İslam ölkələrinin rəhbərlərinin Qəzza məsələsində Quranın maarifi və göstərişlərinə əməl etməmələrini tənqid etdi: “Bu gün Qəzza və Fələstinin müqavimət qüvvələri mənfur sionist düşmənə qarşı müqavimət göstərməklə Quranın göstərişlərinə əməl edir. Allahın lütfü ilə qələbə Fələstin xalqının olacaq. İslam dünyası sionist xərçəngi vəzisinin məhvini öz gözləri ilə görəcək”.

İslam İnqilabının Rəhbəri Quranı tanıtdıran və ayrı-ayrı səciyyələrini ehtiva edən ayələrə işarə edərək dedi: “Quran hidayət kitabıdır, Quran xatırladandır, qəflətdən oyadan kitabdır, hikmət, nur, bürhan kitabıdır. Quranın ən üstün şagirdi olan Həzrət Əli (ə) bu səmavi kitabın qəlbləri dirildən, bəşəriyyətin böyük dərdlərinin dərmanı oldğunu buyurmuşdur”.

Həzrət Ayətullah Xamenei dedi: “Quranı məbədlərin künc bucaqlarının, insanın Allahla fərdi ünsiyyət kitabı olduğunu hesab edən, siyasi İslamı və İslamın sosial sistemin qurucusu olduğunu qəbul etməyən insanlar, əslində, Quranın özü və həzrət Əmirəl-mömininin (ə) Quranın malik olduğu xüsusiyyətlərlə bağlı dediklərinin tam əks mövqeyində dayanırlar”.

O qeyd etdi ki, Quran tilavəti, tilavət fənləri və bacarıqları müsəlmanları Quranla ünsiyyətə, onun maarifini anlamağa stimul verən effektiv metodlardan biridir: “Təəssüflər olsun ki, Allah rəsulunun (s) Allaha bu gün Quranın tərk edilməsi ilə bağlı etdiyi şikayət İslam dünyasının bir çox sahələrinin acı gerçəklərindəndir. Quranın tərk edilməsi onun göstərişləri və maarifinə əməl edilməməsi ilə nəticələnir”.

İslam İnqilabının Rəhbəri Qəzza məsələsinin İslam dünyasının böyük problemi olduğunu dedi: “İslam ölkələrinin rəhbərləri və məsul şəxsləri Quranın: “Allahın və müsəlmanların düşmənləri ilə əməkdaşlıq etməyin” göstərişinə əməl edirlərmi? Nə üçün İslam ölkələrinin rəhbərləri qatil sionist rejimlə olan əlaqələrini kəsmir və bu rejimə olan yardımlarını dayandırmırlar?”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allah-taala öz hökumətlərini sionist rejimlə olan əlaqələrini kəsməyə məcbur etməyən müsəlman xalqları, habelə Quranın göstərişlərinə əməl etmədikləri üçün İslam hökumətlərini istintaq və sorğuya çəkəcək”.

O vurğuladı: “Əlbəttə, Qəzza və Fələstin sionist düşmənə qarşı müqavimət göstərməklə Quranın maarifi və göstərişlərinə əməl edir. Bu, hadisənin digər üzüdür. Allahın lütfü ilə və Quranın vədlərinə əsasən, Allah tərəfindən qələbə nəsiblərini alacaqlar”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu gün İslam dünyası və dünyanın azad insanları Qəzza əhalisinə matəm saxlayır: “Qəzza əhalisi, hətta insanlıq qoxusundan belə məhrum olmuş insanların zülmünə məruz qalıb. Buna görə də ən böyük vəzifə məzlum Qəzza əhalisinə dəstək vermək, müqavimət qüvvələrinin şücaətli mübarizələrini davam etdirmələri və Qəzza əhalisinə köməklik göstərənlərə dəstək verməkdir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda dedi: “Bizim Allahın lütfü və yardımına olan ümidimiz sonsuzdur. İslam dünyası sionist xərçəngi vəzisinin məhvini mütləq görəcək”.

İslam İnqilabının Rəhbərinin çıxışından əvvəl ölkəmizin və digər ölkələrdən olan beynəlxalq dərəcəli qari və hafizlərdən bir neçəsi Quran oxuyub dualar etdilər.

Görüşdə çıxış edən Vəqflər və Xeyriyyə İşləri İdarəsinin direktoru Höccətül-İslam vəl-müslimin Xamuşi Terhanda Quran hifzi və qiraəti üzrə keçirilən 40-cı Beynəlxalq Quran Müsabiqəsi barəsində məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /