Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məscidlərdə və evlərdə Quran məclisləri çoxaldılmalıdır

Ramazan ayının birinci günü İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu gün günortadan sonra “Quranla ünsiyyət məclisi” təşkil edildi.

İnqilabın Rəhbəri bu mərasimdə etdiyi çıxışı zamanı Quran tilavətinin müqəddəs bir bacarıq olduğunu vurğuladı: “Bu çox qiymətli işin əsas məqsədi Quranın mənası və mesajını hər kəsə və cəmiyyətə ötürmək, Quranı düşünmək üçün zəmin olmalıdır”.

Həzrət Ayətullah Xamenei ölkədə düzgün və gözəl oxumaq bacarığı olan Quran qarilərinin sayının çoxluğu, gənc qarilərin artmaqda olan inkişafının İslam İnqilabının böyük nemətlərindən olduğunu dedi: “Quran ilahi bir hünərdir. Quran qarilərinin ən mühüm vəzifəsi Quranın mənaları və müxtəlif mövzularla bağlı illüstrasiyalarını dinləyiciyə ötürməkdir. Buna görə də Quran qariləri ilahi risalətlərin təbliğatçılarındadırlar və özlərini ilahi risalətlərin təbliğatçısına lazım olan şərtlərə uyğunlaşdırmalıdırlar”.

O, çıxışının davamında Quran qarilərinə bir neçə xüsusi tövsiyə verərkən məscidlərdə və mənzillərdə Quran məclislərinin artırılması və çoxaldılmasının zəruri olduğunu vurğuladı: “Quran məclislərində Quranın tərcümə və təfsirinə də xüsusilə diqqət yetirilməlidir ki, cəmiyyətin dini maarif səviyyəsinin yüksəldilməsinə zəmin yaransın”.

İslam İnqilabının Rəhbəri Qəzzadan görüntülər yayımlanmasına və orada yeniyetmələr tərəfindən Quran tilavət edilməsinə işarə edərək dedi: “Bu gün Qəzzada şahidi olduğumuz müqavimətin zirvəsi Quranın dərk edilməsi və ona əməl edilməsinin nəticəsidir”.

Həzrət Ayətullah Xamenei Qəzzadakı şəraitin iki yöndən ən yüksək zirvədə olduğunu bildirdi: “Bu gün Qəzzada bir tərəfdən cinayət, vəhşilik və zülmün, digər tərəfdən də dayanıqlıq və müqavimətin şahidi oluruq”.

O qeyd etdi ki, Qəzzada uşaqların və körpələrin ac və susuz halda qətlə yetirilməsi kimi misilsiz cinayətlər Qərb mədəniyyətinin rüsvayçı vəziyyətdə olduğunu göstərdi: “Sionistlər ABŞ-ın növbənöv silahları və yardımları ilə təmin olunsalar da, düşmən Qəzza əhalisinin misilsiz səbri və müqavimət döyüşçülərinin müqaviməti qarşısında heç bir qələt edə bilmədi. Müqavimətin imkan və potensialının 90%-i hələ də qalır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Allahın lütf və fəziləti ilə müqavimət sionistlərin burnunu yerə sürtəcək”.

Həzrət Ayətullah Xamenei Qəzza əhalisinə yardımın İslam dünyasının dini vəzifəsi olduğunu dedi: “Sionist düşmənə hər növ kömək qəti şəkildə haram və həqiqi cinayətdir. Təəssüflər olsun ki, bəzi İslam ölkələri və hökumətləri bunu edirlər. Amma bir gün peşman olacaqlar. İnşallah, bu xəyanətin cəzasını alacaqlar”.

Mərasimin əvvəlində qarilərdən bir neçəsi Quran tilavət etdi. Xor icra edildi və dua oxundu.

Bu görüşdə Qəzza əhalisinin, xüsusilə uşaqlar və yeniyetmələrin müqaviməti, onların Qurana yapışmasını əks etdirən görüntülər yayımlandı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /