Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Xomeyni (r.ə) adına hüseyniyədə

Qüds yolunun 7 şəhidinin cənazəsinə namaz qılındı

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə Qüds yolunun 7 şəhidinin cənazəsinə namaz qıldı.

Şəhidlər mühafizə xidmətinin general-mayoru Məhəmmədrza Zahidi, mühafizə xidmətinin briqada generalı Məhəmmədhadi Hacırəhimi, Hüseyn Əmanullahi, Seyid Mehdi Cəladəti, Möhsün Sədaqət, Əliağa Babayi və Seyid Əli Salehi Ruzbəhaninin ailələrinin iştirak etdiyi bu mərasimdə İnqilabın Rəhbəri şəhidlərin ruhuna dualar edib onların dəyərli ailələri ilə yaxından söhbət etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /