Ali Məqamlı Rəhbərin informasiya bloku

Alullahın (ə) əzadarlarından bir qrupunun iştirakı ilə matəm mərasimi keçirildi

Şəhidlər sərvərinə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi

Məhərrəm ayının yeddinci gecəsinə təsadüf edən bu axşam (çərşənbə günü gecə) İmam Xomeyni adına (r.ə) hüseyniyədə Həzrət Əbaəbdillah Hüseyn (ə) və onun şəhid səhabələrinin matəm mərasiminin birinci gecəsi keçirildi.

Bu mərasimdə beynəlxalq dərəcəli Quran qarisi cənab Məhəmmədhəsən Müvəhhidi Qurani-Kərimdən ayələr tilavət etdi. Ondan sonra çıxış edən Höccətül-İslam Məhdi Əslani Aşura günü haqla batil arasında baş vermiş müharibə haqqında izahlar verərək İmam Hüseynin (ə) Yezid tərəfdarlarına qarşı apardığı cihadın ümidsizliyə qarşı ümid cihadı və iradələrin müharibəsi olduğunu dedi: “Cəmiyyətdə ümidsizlik yaratmaq və xalqın iradəsini zəiflətmək "Şeytan partiyası"nın ən mühüm strategiyasıdır. Onun əks tərəfində rasionallıq, ümid yaradanlar və ümidvar olanlar dayanır. Onlar sayca az olsalar belə həssas şəraitdə batil cəbhəsinin çoxsaylı tərəfdarlarına qarşı vəziyyəti dəyişə və bu cərəyan üzərində qələbə qazana bilərlər”.

Bu mərasimdə həmçinin cənab Meysəm Motii Həzrət Əbaəbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş mədhiyyə və növhələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /