Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Hüseynin (ə) əzadarlarından bir qrupunun iştirakı ilə keçirildi

Məhərərmin səkkizinci əzadarlıq gecəsi və Əliəkbərə (ə) təvəssül mərasimi

Bu axşam (cümə axşamı gecə) İmam Xomeyni adına (r.ə) hüseyniyədə Məhərrəm ayının səkkizinci gecəsinə təsadüf edən Həzrət Seyyidüşşühədanın (ə) matəm mərasiminin ikinci gecəsi keçirildi.

Mərasimin əvvəlində cənab Mehdi Səmavati "Təvəssül duası"nı oxudu. Daha sonra çıxış edən Höccətül-İslam Əli Əlizadə İlahi vilayətə tabe olanlarla tağuta tabe olanların qarşıdurmasından bəhs edən Quran ayələri əsasında cihad və tağutla mübarizə yolunun bərəkətlərindən birinin pak həyat və tağut üzərində qələbə olduğunu dedi: “Bu bərəkətlərə nail olmanın bir neçə şərti var. Həmin şərtlər bunlardır: “Səbatlı olmaq (qətiyyətli olmaq), Allahı daim yad etmək, Allahın vəlisinə tam itaət, həmrəylik və birlik, müdafiəyə hazır olmaq, düşməndən qorxmamaq”.

Mərasimin davamında İmam Xomeyni (r.ə) adına hüseyniyəyə toplaşmış insanlar cənab Məhəmmədhüseyn Puyanfərin mədhiyyə və mərsiyələri ilə pak və məsum Əhli-beytin (ə) müsibətlərini yad edərək matəm tutdular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /