İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil edilən Həzrət İmam Hüseyn (ə) və onun şəhid səhabələrinin matəm mərasiminin üçüncü gecəsinə təsadüf Tasua gecəsi tədbirində çıxış edən Höccətül-İslam Təbatəbainəjad mübarək “Nisa” surəsinin 66-cı ayəsinə istinad edərək Allahın əmr və göstərişlərindən boyun qaçırılmasının nəticələri, Allahın göstərişlərinə itaət göstərilməsinin bərəkət və nəticələrindən danışdı: “Allaha itaət edən adamlar sabitlik və qətiyyət tapırlar. Bu, düşmən cəbhəsinin yaratdığı çətinliklərə və törətdiyi bütün vəhşiliklərə baxmayaraq, İmam Hüseynin (ə) sahəbələri, xüsusilə həzrət Əbəlfəzlin (ə) qətiyyət və sabitlik göstərməsinin əsl səbəbidir. Allaha itaət yolunda addımlayan insanlar üçün məğlubiyyət yoxdur. Onlar axirətdə çox böyük mükafat alacaq, habelə daha yüksək yollara hidayət olunacaqlar”.
Mərasimin davamında cənab Məhəmmədrza Bəzri Qəməri-Bəni-Haşim Həzrət Əbəlfəzl Abbasa (ə) həsr olunmuş mədhiyyə və növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir