İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei və xalqın ayrı-ayrı təbəqlərindən olan bir qrup insanın iştirakı ilə İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam Məsud Ali İmam Hüseynin (ə) qiyamının zülmə qarşı dirəniş və qətiyyət dərsi olduğunu vurğulayaraq müsəlmanların liderinin rəhbərliyi altında İran İslam Respublikasının müqavimət cəbhəsinin əsas mərkəzi olduğunu bildirdi.
O, beynəlxalq sionizmin batil cəbhəsinin əsl mərkəzi olduğuna işarə edərək dedi: “İran xalqı Aşura dərsləri əsasında heç vaxt batil cəbhəsinə təslim olmayacaq. Çünki “Zillət bizdən uzaqdır” şüarını özünə rəhbər tutub”.
Mərasimin davamında cənab Mahmud Kərimi Həzrət Əbaəbdillah (ə) və onun şəhid səhabələrinə həsr edilmiş şeir, növhə və mərsiyələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir