Bu gecə (bazar günü gecə) İmam Xomeyni adına (r.ə) hüseyniyədə Alullahı (ə) sevənlərdən bir qrupunun iştirakı ilə Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinin qəriblər axşamı mərasimi keşirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam Nasir Rəfii İmam Hüseynin (ə) açıqlamalarına istinad edərək Aşura hadisəsinin baş verməsinin səbəblərindən danışdı: “Cəmiyyətdə bidətə rəvac verilməsi, dinin zəifləməsi, haqqa əməl edilməməsi, nüfuzlu insanların sükutu, Allaha və qələbəyə olan ümidin itməsi İmam Hüseynin (ə) vurğuladığı məsələlər olmuşdur. Əgər bu amillərə ciddi yanaşılsaydı, İslam cəmiyyəti o gün Kərbəla hadisəsini yaşamazdı”.
İmam Xomeyni (r.ə) adına hüseyniyəyə toplaşmış insanlar cənab Həddadiyanın oxuduğu mərsiyə sədaları altında pak Əhli-beytə (ə) yas tutdu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir