Əhli-beytə (ə) matəm saxlayan insanların bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Səccadın (ə) şəhadət gecəsi, eyni zamanda Həzrət Əba Əbdillah Hüseynin (ə) şəhadət günlərinə həsr edilmiş matəm mərasimin sonuncu gecəsi keçirildi.
Mərasimdə “İmam Səccadın (ə) “Səhifeyi-Səccadiyyə”dəki inancları” mövzusunda çıxış edən Höccətül-İslam Məhəmmədrza Əvani o böyük imamın insanların və haqq cəbhəsinin dua ilə ünsiyyəti, ilahi və Quran maarifinin dua dili ilə bəyan edilməsindəki israrına işarə edərək dedi: “İmam Səccadın (ə) ən böyük istəyi cəmiyyətdə din və ilahi hakimiyyəti bərqərar etmək olmuşdur. Bu istək yalnız insanların köməyi və hökumət təşkil etməklə mümkündür. Buna görə də İmam Zeynəl-abidin (ə) insanları maarifləndirmək və cəmiyyətin dini maarifini artırmaq üçün fəaliyyətlərini dua, özünün əməl və davranışları üzərində təmərküzləşdirmişdi”.
Mərasimin davamında həmçinin cənab Mehdi Rəsuli Həzrət Əbaəbdillah Hüseyn (ə) və Həzrət İmam Səccadın (ə) şəhadətinə, paklıq və ismət ailəsinin (ə) əsarətinə həsr edilmiş mərsiyə və növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir