Ali Məqamlı Rəhbərin informasiya bloku

Tələbə təşkilatlarının İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm məclisi

Bu gün cümə axşamı tələbə təşkilatlarının Həzrət Hüseynin (ə) Ərbəininə həsr edilmiş matəm mərasimi keçirildi.

Minlərlə universitet tələbəsinin iştirak etdiyi bu mərasimdə əvvəlcə “Ərbəin ziyarətnaməsi” oxundu, daha sonra çıxış edən Höccətül-İslam vəl-müslimin Rəhim Şərəfi ilahi kömək və yardımın cəlb olunması yollarından danışaraq dedi: “Dua, səbir və dözüm, təqva, cihad, təvəkkül və ilahi rəhbərliyə itaət ilahi qanunlara əsasən, Allahın kömək və razılığını cəlb edən altı əsas amildir”.

Mərasimin davamında cənab Meysəm Motii Həzrət Zeynəb (s.ə) və Kərbəla əsirlərinin müsibətlərini tərənnüm edən mərsiyə və mədhiyyələr oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /