Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mübarək mövlud mərasimi

Həzrət Xatəmül-ənbiya Məhəmməd Mustafa (s) və Həzrət İmam Sadiqin (ə) eyni günə təsadüf edən mövludları münasibətilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam ümmətinin bu böyük bayramı qeyd edildi.

Bu mərasimdə ölkənin ayrı-ayrı bölgələrindən gəlmiş 12 günlük məcburi müharibə şəhidlərinin ailələrindən bir qrupu, əhalinin müxtəlif sosial qruplarından olan nümayəndələri, habelə Beynəlxalq İslami Vəhdət Konfransının qonaqları iştirak etdilər.

Mərasimdə çıxış edən Dünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının rəhbəri Höccətül-İslam vəl-müslimin Əxtəri Rəbiül-əvvəl ayının əlamətdar günlərinə, xüsusilə Həzrət Peyğəmbər Əkrəmin (s) mövludunun 1500-cü ildönümünə işarə edərək indiki şəraitdə İslam dünyasının qarşılaşdığı əsas problemin aləmlərə rəhmət olan Həzrət Məhəmməd Mustafanın (s) şəxsiyyətinin yetərincə tanınmaması olduğunu dedi: “İslam dininin fərdi və ictimai yönlərinin şərh edilməsi İslam cəmiyyətinin ən mühüm vəzifələrindəndir”.

Dünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının rəhbəri Fələstin məsələsi və sionist rejimin Qəzzədə törətdiyi cinayətlərin İslam dünyasının ən mühüm problemi olduğunu vurğulayaraq əlavə etdi: “Belə bir şəraitdə müsəlmanların vəzifəsi zülm və zalımlara qarşı dayanmaq, İslam ölkələrinin hökumətlərinin vəzifəsi isə sionist rejimlə bütün əlaqələri kəsməkdir”.

Mərasimdə əziz İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqə (ə) həsr edilmiş mədhiyyələrin xorla ifasının müşayiəti fonunda cənab Həmid Ramazanpur mövlud ilahiləri oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /