Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər Əllamə Naini (r.ə) Beynəlxalq Konfransının təşkilatçıları ilə görüşdə:

Elmi yeniliklər və siyasi düşüncə Əllamə Naininin iki əsas xüsusiyyəti olub

İslam İnqilabının Ali Rəhbərinin Əllamə Mirzə Naini (r.ə) Beynəlxalq Konfransının təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.

Bu görüşdə Əllamə Naininin Qədim Nəcəf Elmi Hövzəsinin böyük elmi və mənəvi dayaqlarından biri olduğunu deyən Həzrət Ayətullah Xamenei onun şəxsiyyətinin ayrı-ayrı yönlərindən danışdı: “Mərhum Əllamə Naininin elmi cəhətdən ən mühüm xüsusiyyəti onun üsul elmini intellektual-elmi sistem, güclü, eyni zamanda çoxlsaylı yeniliklər əsasında sistemləşdirməsidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Əllamə Naininin üstün cəhətlərindən biri parlaq şagirdlər yetişdirməsi: “Əllamə Nainini digər müctəhidlər arasında müstəsna şəxsiyyətə çevirən başqa bir mühüm cəhət onun siyasi düşüncəyə malik olmasıdır. Bu düşüncəsi onun diqqətdən kənarda qalmış qiymətli “Tənbihül-Ümmə” adlı əsərində öz əksini tapmışdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, istibdada qarşı “vilayət əsaslı İslam hökuməti”nin qurulması inancı Əllamə Naininin siyasi düşüncəsinin əsas sütunlarından biridir. O əlavə etdi: “Naininin siyasi düşüncəsinə əsasən, hökumət və onun bütün məsul şəxsləri xalqın nəzarəti altında olmalı və hesabat verməlidirlər. Onun şərti nəzarət və qanunvericilik məqsədilə seçkilər keçirərək nümayəndələr məclisini təşkil etməkdən ibarətdir. Həmin məclisin qəbul etdiyi qanunların etibarlılığı da fəqihlərin və görkəmli dini alimlərin təsdiqi ilə şərtlənir”.

O qeyd etdi ki, Əllamə Naininin nəzərdə tutduğu çərçivə, yəni İslam və xalq əsaslı hökumət forması bu günün terminologiyasında “İslam Respublikası” adlanır. O, Naininin “Tənbihül-Ümmə” kitabını öz əli ilə toplamasının səbəbinə aydınlıq gətirərək dedi: “Mərhum Naini və Nəcəf alimlərinin dəstəklədiyi məşrutə (konstitusiyalı hökumət), əslində, ədalət hökumətinin qurulması və istibdadın aradan qaldırılmasına dəstək verilməsi məqsədi daşıyırdı. Bu, ingilislərin İranda “məşrutə” adı ilə yaratdıqları və ixtilaflara, eləcə də mərhum Şeyx Fəzlullah Nurinin edamı kimi hadisələrə səbəb olan məşrutədən fərqlənirdi”.

Görüşün sonunda Elmi-Teoloji Mərkəzlərin müdiri Ayətullah Ərəfi Əllamə Naininin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın proqram və fəaliyyətləri barədə hesabat təqdim etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /