Bu gün (cümə günü axşam) İslam İnqilabının Rəhbəri və cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəhim Şərəfi Qurani-Kərimin ayələrinə istinad edərək düşmənin İslam cəmiyyəti ilə bağlı proqram və hədəflərindən danışdı: “Təfriqə və ixtilaf yaratmaq, nüfuz etmək, şübhə və tərəddüdə salmaq, iqtisadi sanksiyalar tətbiq etmək din düşmənlərinin İslam cəmiyyətinin müqavimətini və əzmini sındırmaq üçün həyata keçirməyə çalışdıqları vasitələrdəndir. Buna görə də düşmənin məqsədləri qarşısında ayıq-sayıq olmaq lazımdır”.
Mərasimdə cənab Səid Həddadiyan Həzrət Zəhraya (s.ə) həsr edilmiş mərsiyə və növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
