Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Xomeyni (r.ə) adına hüseyniyyədə keçirildi

Həzrət Fatimənin (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasiminin ikinci gecəsi

Bu gün (şənbə gecəsi) İslam İnqilabının Rəhbəri və cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Əli Əlizadə Quran ayələri və şərif hədislərə əsasən, yaradılış aləmində haqqla batil arasında yaranan qarşıdurmanın hansı tarixdən başladığına işarək edərək bəşəriyyətin səadətə çatmasının yeganə yolunun haqq yolunda hərəkət etmək olduğunu dedi: “İnsanların səadətə çatmasında Həzrət Zəhra (s.ə) və onun övladlarına (ə) qarşı sevginin rolu misilsizdir”.

Mərasimin davamında cənab Məhəmmədrza Bəzri Həzrət Fatimeyi-Zəhraya (s)  həsr edilmiş mərsiyyə və növhələr oxudu.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /