Bu gün (bazar ertəsi gecəsi) cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın və məsul şəxslərdən bir qrupu, o cümlədən üç qüvvənin rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə təsadüf edən üçüncü mərasim gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət Zəhranın (s.ə) davranış tərzində zamanın idarə edilməsi mövzusunda çıxış edərək “plansızlıq”, “nizamsızlıq”, “prioritetin olmaması” və “tələskənlik” kimi zaman idarəçiliyinə zərər vuran bəzi amilləri qeyd etdi: “Həzrət Siddiqeyi-Kubra (s) “İlahi niyyət və motivasiya”, “prioritetləndirmə” və “zamandan kombinə edilmiş formada istifadə” prinsipləri sayəsində özünün bərəkətli olan qısa ömrü ərzində İslam cəmiyyətinə və ailəsinə çoxlu və effektiv xidmətlər təqdim edə, vilayətin (ilahi rəhbərliyin) izahı, aydınlaşdırılması və müdafiəsi yolunda mühüm addımlar ata bilmişdir.
Mərasimdə Meysəm Motii iki dünya xanımının matəminə həsr edilmiş mərsiyyə və mədhiyyələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
