Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Xomeyni (r.ə) adına hüseyniyyədə dördüncü matəm gecəsi mərasimi keçirildi

Rəhbərin iştirakı ilə Həzrət Zəhranın (s.ə) şəhadət axşamı mərasimi keçirildi

Bu gün (bazar ertəsi axşam) İslam İnqilabının Rəhbəri və cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə Fatimə (s.ə) əzadarının iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Zəhranın (s.ə) şəhadət axşamına təsadüf edən dördüncü mərasim gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Məsud Ali cəmiyyətdə, daha geniş miqyasda isə haqq cəbhəsində rolu və təsiri olan ictimai məruflar (vaciblər) və münkərlərdən (qadağalar) danışaraq dedi: “Həzrət Zəhra (s.ə) öz əməli fəaliyyəti və çıxışları ilə haqq cəbhəsinin ən böyük mərufu olan Həzrət Əmirəlmöminin Əlini (ə) qorudu, ən böyük münkəri olan vilayət cəbhəsindən sapmaya qarşı çıxaraq, əslində “haqq cəbhəsinin qoruyucusu” oldu”.

Mərasimdə cənab Mahmud Kərimi Həzrət Siddiqəyə (s.ə) həsr edilmiş mərsiyyə və mədhiyyələr oxudu.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /