Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilab Keşikçiləri Korpusunun baş komandanının iştirakı ilə keçirildi:

İmam Xomeyni (r.ə) adına hüseyniyədə Bəsic Günü mərasimi

“Bəsic-i Müstəzəfin”in yaradılmasının ildönümü münasibətilə ölkənin hər tərəfindən gəlmiş minlərlə bəsicinin iştirakı ilə İmam Xomeyni (r.ə)  adına hüseyniyədə “Bəsic Günü” mərasimi qeyd edildi.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının da iştirak etdiyi bu mərasimdə Bəsic Təşkilatının rəhbəri briqada generalı Sərdar Süleymani qeyd etdi ki, Bəsicin əsas missiyası ayrı-ayrı sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik, mədəni və sosial, elm və texnologiya, media və virtual məkan, yoxsulluğun aradan qaldırılması, eləcə də ölkənin inkişafı və abadlaşdırılması sahəsində ölkəni gücləndirməkdir: “Bəsic mədəniyyəti müqavimət mədəniyyətidir. Bəsicilər güclü İran məqsədinin reallaşdırılması üçün fədakarlıq tələb olunan hər bir meydanda rol almağa hazırdırlar”.

Bəsici fəallardan bir neçəsinin 12 günlük müharibə ilə bağlı xatirə danışması, marşlar oxunması, hekayələr danışılması və qəhrəmanlıq dastanlarının səsləndirilməsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən Bəsic Günü mərasiminin digər proqramlarından idi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /