Ali Məqamlı Rəhbərin informasiya bloku

Avropadakı Müsəlman Tələbə Təşkilatlarının illik qurultayına müraciət:

Dünyanın günümüzdəki mühüm ehtiyacı: ədalətli milli və beynəlxalq İslam sistemi

Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli doqquzuncu qurultayına ünvanladığı müraciətdə İran İslam Respublikası gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı sayəsində ABŞ və onun üz qarası olan törəməsinin ordusunun regiondakı ağır hücumunun məğlubiyyətlə nəticələnməsinə işarə edərək vurğuladı: “Fəsadçı və cinayətkar hegemonların təşviş və narahatlığının əsas səbəbi nüvə məsələsi deyil, İran İslam Respublikası tərəfindən dünyadakı ədalətsiz nizama və imperialist nizamın ağalığına qarşı mübarizə bayrağının qaldırılması, milli və beynəlxalq səviyyədə ədalətli İslam nizamına üz tutulmasıdır”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz gənclər!

Bu il sizin ölkəniz iman, birlik və özünəinamın bərəkəti sayəsində dünyada yeni bir nüfuz və çəki qazandı. ABŞ və onun rüsvayçı törəməsinin ordusunun bu bölgədə həyata keçirdiyi ağır hücum İran İslam Respublikasının gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı qarşısında məğlubiyyətə uğradı. Sübuta yetdi ki, İran xalqı öz imkanlarından yararlanaraq iman və saleh əməl sayəsində fəsadçı və cinayətkar imperialistlərə qarşı çıxa və İslam dəyərlərinə çağırışı dünyaya hər zamankindən daha uca səslə çatdıra bilir.

Alimlərimizin, generallarımızın və əziz xalqımızdan bir qrupunun şəhadətindən doğan dərin kədər yüksək əzmli İran gənclərini dayandıra bilməmişdir və bilməyəcəkdir. O şəhidlərin ailələri özləri bu hərəkatın liderləri sırasındadırlar.

Söhbət nüvə məsələsindən və bu kimi mövzulardan getmir. Söhbət bugünkü dünyada ədalətsiz nizama və hegemonluq sisteminin diktəsinə qarşı durmaqdan, həmçinin milli və beynəlxalq səviyyədə ədalətli İslam sisteminə yönəlməkdən gedir. İran İslam Respublikası bu böyük iddianın bayrağını qaldıraraq fəsadçı və cinayətkar hegemonları təşvişə salmışdır.

Siz tələbələrin, xüsusilə də ölkə xaricində olanların üzərinə bu böyük vəzifədən pay düşür. Qəlblərinizi Allaha tapşırın, öz bacarıqlarınızı tanıyın və cəmiyyətləri bu istiqamətdə hərəkətə gətirin.

Allah sizinlədir və tam qələbə, inşallah, sizi gözləyir.

Seyid Əli Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /