İslam İnqilabının Ali Rəhbəri bu gün səhər televiziya vasitəsilə etdiyi müraciətində 22 Bəhmənin İran xalqının güc və izzətinin nümayiş etdirildiyi gün olduğunu qeyd edərək vurğuladı ki, xalqın yürüşlərdə iştirakı və İslam Respublikasına sədaqətini izhar etməsi düşmənin İrana və milli mənafelərə qarşı tamahkarlığından geri çəkilməsinə səbəb olacaq: “22 bəhməndə öz iradə və müqavimətinizi göstərərək düşməni məyus edin”.
Həzrət Ayətullah Xamenei İran xalqını motivasiyalı, iradəli, sabitqədəm, qədirbilən, öz xeyrini və ziyanını bilən bir xalq olduğunu dedi: “İran xalqı 1357-ci ilin 22 Bəhmənində ölkəni yadların müdaxiləsindən xilas edərək böyük bir fəthə imza atdı və bu illər ərzində də onların keçmiş vəziyyəti bərpa etmək üçün göstərdiyi davamlı cəhdlərin qarşısında dayandı. 22 Bəhmən bu müqavimətin təzahürüdür”.
O qeyd etdi ki, İnqilabın qələbəsindən uzun illər keçməsinə baxmayaraq, 22 Bəhmən yürüşlərində xalqın möhtəşəm və əzəmətli iştirakının təkrarlanması digər ölkələrin müstəqillik günü və milli günləri ilə müqayisədə bənzərsiz bir hadisədir: “Bu yürüş və küçələrdəki izdihamlar İrana, İslam Respublikasına və millətin mənafelərinə tamah salanları geri çəkilməyə məcbur edir”.
İnqilabın Rəhbəri milli gücün raket və təyyarələrdən daha çox millətlərin iradə və müqavimətinə bağlı olduğunu vurğulayaraq xalqa xitabən dedi: “Keçmişdə baş vermiş ayrı-ayrı hadisələrdə olduğu kimi, bu dəfə də milli gücünüzü, yəni birliyinizi, düşüncə və iradə gücünüzü, motivasiya və vəsvəsələr qarşısındakı müqavimətinizi göstərərək düşməni məyus edin. Çünki düşmən məyus olmayınca, əl çəkməyəcək və incitməyə davam edəcək”.
O, ölkənin müxtəlif sahələrində gənclərin fəxr ediləsi maddi və mənəvi tərəqqisinin davamlılığına ümidvar olduğunu bildirərək dedi: “22 Bəhmən bütün bu inkişafların təzahürüdür və xalq küçələrə çıxaraq, şüarlar səsləndirərək, həqiqətləri bəyan edərək İslam Respublikasına olan həmrəyliyini və sədaqətini elan edir”.
Həzrət Ayətullah Xamenei builki 22 bəhmənin də bütün keçmiş 22 bəhmənlər kimi İran xalqının əzəmətini qat-qat artıracağına, digər xalqları, dövlətləri və gücləri İran xalqı qarşısında təzim etməyə və boyun əyməyə məcbur edəcəyinə ümidvar olduğunu bildirdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
