İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında (cümə axşamı) yayımlanan telemüraciətində milyonlarla insanın 22 Bəhmən günündəki izdihamının İslam Respublikasının başucalığı, qüdrət və izzətinin artmasına, habelə düşmənlərin İran xalqını təslim etmək ümidlərinin boşa çıxmasına səbəb olduğunu dedi. O, bu böyük hərəkatın bütün iştirakçılarına təşəkkür edərək hər kəsi bu qiymətli milli birliyi qorumağa çağırdı.
Həzrət Ayətullah Xamenei bu müraciətində əziz İran xalqına səslənərək dedi: “Builki 22 Bəhmən günündə böyük bir iş gördünüz; İranın başını uca etdiniz, hər zamanki kimi İslam Respublikasına dəstək verərək onun gücünü artırdınız. Öz bəyanatlarında və planlarında İran millətini təslim etməyə çalışan düşmənlər isə məyus oldular”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu əzəmətli hərəkatın mükafatı İranın daha çox izzətli, müqtədir və daha da müstəqil olmasıdır: “Hamımız çox dəyərli və qiymətli olan bu milli bağlılığı və birliyi qorumağa çalışmalıyıq”.
O, xalqın küçələrə çıxaraq vahid şüar səsləndirməsini, öz kimliyini və şəxsiyyətini düşmənlərə nümayiş etdirməsini yüksək qiymətləndirərək dedi: “Bütün İran xalqına təşəkkür edirəm və ölkə daxilində bu milyonluq möhtəşəm toplantıda iştirak edən hər kəsə öz sonsuz salamlarımı çatdırıram”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
