Ali Məqamlı Rəhbərin informasiya bloku

Minlərlə Hüseyn (ə) aşiqinin iştirakı ilə keçirildi

Şəhid Rəhbərin göylərə ucaldığı məkanda matəm mərasiminin birinci gecəsi

Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) matəm mərasiminin birinci gecəsi müxtəlif təbəqələrdən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə – İnqilabın Şəhid Rəhbəri Həzrət Ayətullah Xameneinin göylərə ucaldığı məkanda keçirildi. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin tərəfindən təşkil olunan budəfəki mərasimdə Höccətül-İslam vəl-müslimin Mirhaşim Hüseyni çıxış etdi. O, “Həyatın hesabat və ilahiyyat yönləri” mövzusunda çıxış edərək fərdi və ictimai həyatda maddi hesablarla yanaşı, mənəvi məsələlərə, Allaha və İlahi vədlərə xüsusi diqqət yetirməyin vacibliyindən danışdı. O dedi: “İran xalqının Ramazan müharibəsindəki müqəddəs müdafiəsi böyük Kərbəla hadisəsindən, Əba Əbdillah (ə) və onun vəfalı dostlarının fədakarlığından götürülmüş bir dərsdir. Bu, maddi hazırlıqlarla yanaşı, ilahi prinsiplərə də önəm verilməsinin bariz nümunəsidir”.

Mərasimin davamında Məhəmməd Mehdi Rəsuli Həzrət Əba Əbdillahın (ə), Kərbəla şəhidlərinin və İslam İnqilabının Şəhid Rəhbərinin xatirəsinə həsr edilmiş mərsiyələr oxudu və Ramazan müharibəsinin uca şəhidlərini ehtiramla yad etdi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /