Məhərrəm ayının səkkizinci gecəsi şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) xatirəsinə həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi. Cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirak etdiyi mərasim İmam Xomeyni (r.ə) adına hüseyniyyədə – İnqilabın Şəhid Rəhbəri Ayətullah-üzma Xameneinin ruhunun şəhadətə ucaldığı məkanda baş tutdu.
Builki mərasim İnqilabın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin təşəbbüsü ilə keçirilir.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Təbatəbai “İman cəbhəsinin çətin sınaqlarla mübarizə üsulu” mövzusunda danışdı. O, haqq yolunda qarşıya çıxan çətinliklərin insanı mənəvi cəhətdən yüksəltdiyini vurğulayaraq dedi: “Ümumi ilahi nizama əsasən, bütün insanlar fərdi və ictimai həyatlarında dindarlıq dərəcələrinin müəyyən olunması üçün müxtəlif sınaq və çətinliklərlə üzləşirlər. Məhz bu çərçivədə İmam Hüseynin (ə) Aşurası din və insanlığın zirvəsi olaraq ön plana çıxır. Çünki İmam Hüseynin (ə) tərəfdarları müxtəlif sınaqlar qarşısında səbir və bəsirətlə hərəkət ediblər”.
Mərasimin sonunda Seyid Məcid Bəni-Fatimə İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin xatirəsinə həsr edilmiş mərsiyələr, habelə İnqilabın Şəhid Rəhbərinə, İkinci və Üçüncü Müqəddəs Müdafiə şəhidlərinə həsr edilmiş növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
