Ali Məqamlı Rəhbərin informasiya bloku

İranın Şəhid Rəhbəri ilə vida mərasimi rəsmi olaraq başladı

İslam İnqilabının Şəhid Rəhbərinin pak cənazəsi hörmətlə ziyarət olunur

İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsinin ziyarət mərasimi bu gün səhər saatlarında xarici ölkələrin rəsmi nümayəndə heyətləri və yüksək rütbəli rəsmilərinin iştirakı ilə Tehranın İmam Xomeyni adına Müsəllasında rəsmi olaraq başladı.

Bu mərasimdən əvvəl, cümə günü sübh tezdən İran İslam Respublikasının yüksək rütbəli mülki və hərbi rəsmilərinin müşayiəti ilə üç hakimiyyət qanadının (icra, qanunvericilik və məhkəmə) rəhbərlərindən ibarət ali nümayəndə heyətləri, Məsləhət Şurasının sədri, yüksək rütbəli hərbi komandirlər, eləcə də İslam İnqilabının böyük memarı İmam Xomeyninin (r.ə) ailə üzvləri Şəhid Rəhbər və onun şəhid olmuş dörd ailə üzvünün cənazəsini ziyarət edərək ehtiramlarını bildirdilər.

Mərasimdə iştirak edən nümayəndə heyətləri:

- Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev (Prezident Vladimir Putinin xüsusi nümayəndəsi qismində)

- Çin Xalq Respublikası Konqresinin sədr müavini He Vey və rəhbərlik etdiyi nümayəndə heyəti

- Pakistanın baş naziri, ordu komandiri, xarici işlər naziri və rəhbərlik etdiyi nümayəndə heyəti

- Hindistan Hökumətinin xüsusi nümayəndəsi Seyid Ata Həsnəyn və rəhbərlik etdiyi nümayəndə heyəti

- Tunisin Baş müftisi və Tunis Respublikası Hökumətinin xüsusi nümayəndəsi Şeyx Hişam Mahmud

- Türkmənistan xalqının ümummilli lideri Qurbanqulu Berdiməhəmmədov

- Tacikistanın Prezidenti Emoməli Rəhmon

- Gürcüstanın Prezidenti Mixail Kavelaşvili

- Özbəkistan Parlamentinin sədri Nuriddin İsmayılov və bir qrup deputat heyəti

- İraqın Prezidenti Nizar Amidi

- İraq Parlamentinin sədri Heybət əl-Halbusi

- İraq Kürdüstanı bölgəsinin rəhbəri Neçirvan Bərzani

- Kürdüstan bölgəsinin kürd partiyalarının, şeyxlərinin və tayfalarının nümayəndələrindən, həmçinin İraq Parlamenti üzvlərindən ibarət heyət

- İraqın Həşd əş-Şabi ali heyəti

- İraqın Kətaib Hizbullah mücahidlərindən bir qrupu

- Ermənistanın baş naziri Nikol Paşinyan

- Oman Dövlət Şurasının sədri Şeyx Əbdülməlik ibn Abdullah əl-Xəlili

- Qətər Şura Məclisinin sədri Həsən ibn Abdullah əl-Qanem və rəhbərlik etdiyi nümayəndə heyəti

- Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid ibn Əbdülkərim əl-Xüreyci və rəhbərlik etdiyi nümayəndə heyəti

- Konqo hökumətinin xarici işlər naziri

- Nikaraquanın xarici işlər naziri

- Burkina-Faso Respublikasının xarici işlər naziri

- Namibiya Prezident Administrasiyasının rəhbəri Çarlz Mubita və rəhbərlik etdiyi nümayəndə heyəti

- Banqladeş Parlamentinin sədri Hafizuddin Əhməd

- Livanın milli siyasi partiya nümayəndələrindən ibarət heyət

- HƏMAS-ın Rəhbərlik Şurasının sədri Məhəmməd İsmayıl Dərviş və rəhbərlik etdiyi nümayəndə heyəti

- Şri-Lanka Parlamentinin sədr müavini Rizvi Saleh

- Malayziya kənd təsərrüfatı naziri və xüsusi nümayəndəsi Məhəmməd Sabu

- İraq Kürdistan Yurtseverlər Birliyinin (KYB) sədri Bafel Tələbani

- Qazaxıstanın xarici işlər naziri və Prezidentin xüsusi nümayəndəsi Yermek Koşerbayev

- Livan Respublikasının milli müdafiə naziri

- Pakistan Senatının sədri Yusif Rza Gilani

- Kuba Ali Təhsil naziri Valter Baluxa Qarsiya

- Myanma dövlətinin xüsusi nümayəndəsi Tin Aunq San

- Myanma İttifaqı Prezident Administrasiyasının məsul rəhbəri

- Yəmən Respublikasının vitse-prezidenti və rəhbərlik etdiyi nümayəndə heyəti

- Serbiya İnformasiya və Telekommunikasiya naziri Boris Bratina

- İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Süheyl Mahmud

- İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin nümayəndəsi Əhməd Xoxar

- Şəhid Seyid Həsən Nəsrullahın ailəsi və Livan Müqavimət hərəkatının komandirlərindən ibarət heyət

- Livan Hizbullah hərəkatının Siyasi Şurası sədrinin müavini və rəhbərlik etdiyi nümayəndə heyəti

- Müqavimət hərəkatının bir qrup tanınmış siması və ziyalı heyəti

- Müqavimət Cəbhəsinin Suriya, Livan, İraq, Mərakeş və Türkiyə təmsilçiləri

- Livanın Əməl hərəkatının nümayəndə heyəti

- Qırğızıstan Parlamentinin sədri Marlen Mamatəliyev

- Fələstin Xalq Cəbhəsinin nümayəndə heyəti

- Fələstin din xadimlərinin nümayəndə heyəti

- Bolqarıstan Parlamentinin deputatları və Bolqarıstanın Dirçəlişi partiyasının üzvləri

- Belarus Nümayəndələr Palatasının sədri İqor Serqeenko və rəhbərlik etdiyi nümayəndə heyəti

- Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və rəhbərlik etdiyi nümayəndə heyəti

- Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və rəhbərlik etdiyi nümayəndə heyəti

- Özbəkistan Parlamentinin sədri Nuriddin İsmayılov və rəhbərlik etdiyi nümayəndə heyəti

- Misir Senatının sədri İsaməddin Əhməd Məhəmməd Fərid

- Əfqanıstan müvəqqəti hökumətinin nümayəndə heyəti

- Əhməd Məsud və rəhbərlik etdiyi nümayəndə heyəti

- İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi

- Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev

- Tailand və Almaniyadan olan şiə və hindu icmalarının rəhbərlərindən ibarət heyət

- Pakistanın şiə liderləri

- İbrahimi dinlərin nümayəndələrindən ibarət heyət

- Rusiya din xadimlərinin nümayəndə heyəti

- İndoneziya və Əfqanıstandan olan din xadimləri və dini sahənin tanınmış simaları

- Qadın din xadimləri (tələbələr) və beynəlxalq sahədə fəaliyyət göstərən fəallardan ibarət heyət

- Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti

- Əfqanıstanın Fatimiyyun təşkilatının nümayəndə heyəti

- Türkiyə siyasi partiyalarının nümayəndə heyəti

- Fars körfəzi ölkələrindən olan bir qrup din xadimi və şiə icmasının təmsilçiləri

- Banqladeşin Camaat-i İslami partiyası və parlament üzvlərindən ibarət heyət

- Livan, İraq və Əfqanıstandan olan bir qrup media mənsubu

- İspaniya, Ekvador və Boliviyadan olan bir qrup mədəniyyət fəalı

...

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /