İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xamenei və onun şəhid olmuş ailə üzvlərinin cənazə namazı bu gün səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəlla və ətraf küçələrdə toplaşan milyonlarla insanın iştirakı ilə qılındı. Ümmətin Şəhid Rəhbərinin cənazə namazına Ayətullah Cəfər Sübhani imamlıq etdi.
Şəhid Rəhbərin övladları, hakimiyyət orqanlarının rəhbərləri, eləcə də yüksək rütbəli mülki və hərbi rəhbərlərin iştirak etdiyi mərasimdə böyük təqlid mərcələrindən olan Həzrət Ayətullah Cəfər Sübhani Şəhid Rəhbər və onun şəhid olmuş ailə üzvlərinə cənazə namazı qıldı.
Ümmətin Şəhid Rəhbərinin cənazəsi ilə vida mərasimi bu gün axşama qədər Tehran müsəllasında davam edəcək. Bundan sonra, bazar ertəsi günü səhər saatlarından etibarən müəyyən olunmuş marşrutlar üzrə dəfn öncəsi vida yürüşü keçiriləcək.
Qeyd edək ki, bu pak cənazələrlə vida mərasimi bu həftənin çərşənbə axşamı günü müqəddəs Qum şəhərində, çərşənbə günü İraqın müqəddəs ziyarətgahlarında, cümə axşamı günü isə Məşhəddə təşkil olunacaq. Daha sonra cənazələr mehriban imam Həzrət Əli ibn Musanın (ə) müqəddəs hərəmində dəfn ediləcək.
Mərasimin videolarını izləyə bilərsiniz
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
