Ali Məqamlı Rəhbərin informasiya bloku

Nəcəf Beynəlxalq Hava Limanına daxil olduqdan sonra baş tutdu

İraqın baş naziri tərəfindən İnqilabın Şəhid Rəhbərinin cənazəsi qarşılandı

Bu gün axşam saatlarında İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Xameneinin müqəddəs cənazəsinin rəsmi qarşılanma mərasimi İraq hökumətinin baş naziri Əli əz-Zeydi, ölkəmizin prezidenti Məsud Pezeşkiyan, habelə bir qrup yüksək rütbəli siyasi və hərbi rəsminin, Nəcəf elmi hövzəsinin böyük alimlərinin və İraq əşirətlərinin iştirakı ilə Nəcəf-i Əşrəf Beynəlxalq Hava Limanında baş tutdu.

Onun və şəhid olmuş ailə üzvlərinin pak cənazələrini daşıyan təyyarə, tir ayının 16-sı (07.07.2026), çərşənbə axşamı günü axşam saatlarında Nəcəf-i Əşrəf Beynəlxalq Hava Limanına endi.

Ölkəmizin prezidenti cənab Pezeşkiyan da İslam İnqilabının Şəhid Rəhbərinin pak cənazəsini qarşılama mərasimində iştirak etmək məqsədilə çərşənbə axşamı günortadan sonra Tehrandan Nəcəf-i Əşrəfə yola düşdü. O, Nəcəf Beynəlxalq Hava Limanına daxil olarkən İraqın baş naziri və bu ölkənin bir qrup rəsmisi tərəfindən rəsmi şəkildə qarşılandı.

Şəhid İmamın pak cənazəsi çərşənbə günü səhər saat 6-da Kufədən Nəcəfə qədər, daha sonra isə saat 16:00-da müqəddəs Kərbəla şəhərində, Həzrət Seyyidüşşühəda (ə) və Həzrət Əbülfəzl-Abbasın (ə) hərəmlərində ziyarət olunacaq. Qeyd etmək lazımdır ki, İraqın Baş Nazirinin Ofisi yaydığı rəsmi məlumatda Əli Faleh əz-Zeydinin ali təqlid mərcəyi və İran İslam Respublikasının Rəhbəri Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei ilə vida mərasiminin keçirilməsi səbəbindən çərşənbə gününü ölkədə rəsmi tətil elan etdiyini bildirib.

//... Fotolar yenilənir ... //

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /