Ali Məqamlı Rəhbərin informasiya bloku

Müqəddəs Məşhəd şəhərinin tarixi günü qeydə alındı

Şəhid Rəhbərlə son vida mərasiminə toplaşan milyonlarla insanın intiqam sədaları

İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamenei və onun şəhid olmuş ailə üzvlərinin qarşılanma və vida mərasimi 18 tir (9 iyul), cümə axşamı saat 14:00-da İmam Rza (ə) küçəsindən müqəddəs hərəm istiqamətində başladı. Vilayət aşiqi olan milyonlarla insanın bu tarixi və düşmən bağrı yaran yürüşü gecənin ilk saatlarında İmam Rzanın (ə) nurlu hərəminə çatdı. Müxtəlif meydan və küçələrə toplaşmış dəfn mərasimi iştirakçılarının əsas şüarı “İntiqam!” sədaları oldu.

İnqilabın Şəhid Rəhbərinin pak nəşinə cənazə namazı da İmam Rza (ə) hərəminin “Peyğəmbəri-Əzəm” səhnində onun böyük oğlu Həzrət Ayətullah Seyid Mustafa Xameneinin imamlığı ilə qılındı.

Müsəlmanların Şəhid Rəhbəri və onun ailə üzvlərinin pak cənazələri İmam Rzanın (ə) pak qəbrinin ətrafına təvaf etdirildikdən və möhtərəm ailəsinin son vidasından sonra dəfn və vida mərasimi başa çatdı.

/... Fotolar yenilənir .../

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /