Ali Məqamlı Rəhbərin informasiya bloku

Şəhid Rəhbərin nəşi İmam Rza (ə) hərəminin Darüz-zikr zalında torpağa tapşırıldı

Qana qərq olsa da lalə tək ruzi qədəhim, Bu tale süfrəsindən yenə şad ayrıldım.*

İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi torpağa tapşırıldı. Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində on milyonlarla insanın iştirakı ilə təqribən bir həftə davam edən vida və ziyarət mərasimlərindən sonra Şəhid Rəhbərin nəşi 19 tir (10 iyul), cümə günü sübh tezdən İmam Əli ibn Musa ər-Rzanın (ə) mübarək məzarının ətrafına təvaf etdirildikdən sonra İmam Rza (ə) hərəminin Darüz-zikr zalında dəfn olundu.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən anım mərasimi 19 tir (10 iyul), cümə günü məğrib və işa namazlarından sonra Həzrət Məsumə (s.ə) hərəminin İmam Xomeyni (r.ə) şəbistanında keçiriləcək.

/... Fotolar yenilənir.../

* Şəhid İmamın “Qalxdım” qəzəlindən bir beyt

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /