Ali Məqamlı Rəhbərin informasiya bloku

Cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə keçirildi

Tehranda Ali Rəhbər tərəfindən İranın Şəhid Rəhbərinin anım mərasimi keçirildi

Tehranda cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İranın Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Xameneinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi. İslam İnqilabının Ali Rəhbəri tərəfindən İmam Xomeyni (r.ə) adına müsəlla şəbistanında təşkil olunan bu mərasimdə şəhidlərin möhtərəm ailə üzvləri, hökumətin üç qolunun rəhbərlərindən bir qrupu, hərbi və mülki rəsmilər, həmçinin xarici ölkələrin səfir və nümayəndələri iştirak etdi.

Bu mərasimdə Şəhid Rəhbərin böyük oğlu Ayətullah Seyid Mustafa Xamenei çıxış edərək İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin xalqa dəfn mərasimindəki əzəmətli iştirakına görə ünvanladığı təşəkkür mesajını çatdıraraq dedi: “Vəfalı və bəsirətli İran xalqı bu mənzərəni elə bir əzəmətlə bəzədi ki, buna dözmək düşmən üçün çox ağır gəldi. Tehranda, Qumda, Məşhəddə və bütün ölkə boyu milyonlarla insanın bərəkətli iştirakının şahidi olduq”.

O, habelə bu əzəmətli hadisədə iştirak edən hökumətə, SEPAH-a Bəsicə, polis qüvvələrinə və bütün fəal dövlət qurumlarına təşəkkür edərək dedi: “Eyni zamanda, Nəcəf və Kərbəla şəhərlərində, eləcə də bu iki şəhər arasındakı yolda fövqəladə mənzərələr yaradan vəfalı və bəsirətli İraq xalqına, əşirətlərinə, xalq könüllülərinə və hörmətli İraq hökumətinə Ali Rəhbərlik adından dərin minnətdarlığımı bildirirəm”.

Ayətullah Seyid Mustafa Xamenei bu böyük müsibət qarşısında səbirli olmağın intiqam hissi ilə ziddiyyət təşkil etmədiyini vurğulayaraq dedi: “Səbrin əsl mənası bu ağır müsibətə dözərək öz işıqlı yolumuzu layiqincə davam etdirməkdən və son hədəfə qədər irəliləməkdən ibarətdir. Odur ki, belə bir mətanət nümayiş etdirmək bu böyük cinayətlərdə əli olan qlobal şər qüvvələrdən intiqam almaqla və onlara layiqli cavab verməklə qətiyyən ziddiyyət təşkil etmir”.

Mərasimdə Məhəmmədhüseyn Səidiyan, Məhəmmədrza Purzərgəri və Qasım Müqəddəmi Qurani-Kərimdən ayələr tilavət ediblər. Ardınca Əhli-beyt (ə) məddahları Mahmud Kərimi ilə Məhəmmədrza Bəzri Həzrət İmam Hüseynin (ə), Ramazan müharibəsi şəhidlərinin və ümmətin Şəhid Rəhbərinin xatirəsinə həsr edilmiş mərsiyələr oxudular.

/ ... Fotolar yenilənir... /

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /