Ali Məqamlı Rəhbərin informasiya bloku

Bu gecə şəhid İmamın qətlə yetirildiyi yerin yaxınlığında keçirildi

Ali Rəhbər tərəfindən Həzrət Zəhraya (s.ə) həsr edilmiş matəm mərasimi

Bu gün axşam (10 noyabr, çərşənbə axşamı) İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Həzrət Fatimənin (s.ə) şəhadət günlərinə həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

İnqilabın Şəhid Rəhbərinin ruhunun göylərə ucaldığı yerin yaxınlığında – Zeynəbiyyədə (s.ə) baş tutan mərasimdə müxtəlif təbəqələrdən olan insanlar və bir qrup rəsmi şəxs iştirak etdi. Məclisin əvvəlində ölkənin tanınmış qarilərindən olan Seyid Əhməd Muqimi Quran ayələri tilavət etdi, sonra Abbas Heydərzadə növhə oxudu.

Məclisin davamında Höccətül-İslam Mehdi Aslani çıxış edərək Həzrət Zəhraya (s.ə) aid edilən və xeyir-bərəkətə vəsilə olan əməl və zikrlərin fəzilətlərindən danışaraq dedi: “Uca Allahın iradəsi ilə bu dünyanın zühura doğru gedən yoldakı əsas proqramı Həzrət Zəhranın (s.ə) proqramıdır. Bu proqrama əsasən, Allahın dini, İslam Peyğəmbərinin (s) və məsum Əhli-beytin (ə) göstərişləri bərqərar olacaq”.

Mərasimdə, habelə Hacı Mənsur Ərzi Həzrət Siddiqeyi-Kübraya (s.ə) həsr edilmiş mərsiyə və mədhiyyə oxudu.

İslam İnqilabının Rəhbəri tərəfindən təşkil edilən “Fatimiyyə günləri” matəm mərasimi bu gün məğrib və işa namazlarından başlayıb şənbə günü (14 noyabr) axşam saatlarına qədər davam edəcək.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /